Ərdoğan Qəbələdə: "Biz mövqe nümayiş etdirməliyik"

img

07-10-2025 [14:01]


"Türk Dövlətləri Təşkilatının yaxın regionlarda baş verən müharibə və gərginliklərlə bağlı mövqe nümayiş etdirməsi önəmlidir".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündəki çıxışında deyib.

"TDT-ni içinəqapalı bir təsisat kimi görmürük. Digər quruluşlarla əməkdaşlıq çərçivəsində öz baxış bucağımızı ortaya qoya bilməliyik. Son Zirvə və toplantılarımızda bildirdiyim kimi, təhlükəsizliyə yönələn əməkdaşlıq başda olmaqla bütün istiqamətlərdə töhfə verməyə hazırıq. İyul ayında keçirilən TDT Müdafiə Sənayesi qurumlarının toplantıdını bu istiqamətdə mühüm addım hesab edirəm. Bu gün yaxın coğrafiyanızda baş verən bir çox müharibə, gərginliklə bağlı təşkilatımızın mövqe nümayiş etdirməsi vacibdir. Biz Qəzzada ikidövlətli həll yolunun ədalətli bir qapı açacağına inanırıq. Regionumuzda təhlükəsizliyin təmin edilməsi üçün bunlar lazımdır. Suriyada əldə olunan irəliləyiş də gələcəyə ümidlə baxmağımıza səbəb olur",-o əlavə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA