Qurbanqulu Berdiməhəmmədov: "TDT qardaş xalqların təşkilatıdır"

img

07-10-2025 [14:36]


"Türk Dövlətləri Təşkilatı ortaq mədəniyyətə malik qardaş xalqların təşkilatıdır".

Mia.az xəbər verir ki, bu barədə Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə danışıb.

O, əlavə edib ki, TDT daxilində əsas məqsəd bu qardaşlığı daha da gücləndirməkdir:

"Hazırda dünya qarışıq bir dövrdən keçir. Türk dövlətlərinin bu proseslərə uyğun hərəkət etmələri önəmlidir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA