Türkiyədə daha bir Baş məşqçi istefaya göndərildi

img

07-10-2025 [12:39]


Türkiyədə daha bir Baş məşqçi istefaya göndərilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Super Liqada çıxış edən "Zecorner Kayserispor" baş məşqçisi Markus Qisdolu bu gün yola salınıb.

Klub prezidenti Nurettin Açıkal faktı təsdiqləyib. O, bildirib ki, alman Baş məşqçi ilə yollar ayrılıb: "Ona indiyədək göstərdiuyi xidmətə görə təşəkkür edib, yola saldıq. Hazırda yeni baş məşqçi təyinatı il bağlı bir neçə namizədlə danışıq aparırıq".

O, yeni baş məşqçini kimliyinin bu gün-sabah elan olunacağını da sözlərinə əlavə edib.

Xatırladaq ki, Markus Qisdolun rəhbərliyi altında komanda 8 liqa matçında 5 heç-heçə və 3 məğlubiyyətlə 5 xal qazanıb.

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA