Maliyyə Nazirliyi büdcənin gəlir və xərcləri ilə bağlı hesabat yaydı

img

18-07-2019 [16:32]


Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin mədaxili 10 405,5 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6% və yaxud 590,2 mln. manat çoxdur.

Bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, hesabat dövründə Vergilər Nazirliyindən büdcəyə 3 632,8 mln. manat vəsait daxil olub ki, bu da illik müqayisədə 7,4% və yaxud 250,3 mln. manat çoxdur.

Həmin vəsaitin 70,1%-i və yaxud 2 245,3 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 318,8 mln. manat və yaxud 14,3% çoxdur.

6 ay ərzində Dövlət Gömrük Komitəsindən isə büdcəyə 2 065,2 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,6% və yaxud 446,2 mln. manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 234,4 mln. manat təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 30,9% və yaxud 55,5 mln. manat çoxdur.

Sair daxilolmalar üzrə büdcəyə 60,1 mln. manat vəsait daxil olub. Azərbaycan Dövlət Neft Fondundan isə büdcəyə 4 413,0 mln. manat vəsait transfert edilib.

2019-cu ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 4 965,8 mln. manat icra olunub.

Bu ilin I yarısında dövlət büdcəsinin xərcləri 10 951,0 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15%faiz və yaxud 1 426,7 mln. manat çoxdur.

İqtisadi təsnifata uyğun olaraq büdcə xərclərinin 36,1%-i və yaxud 3 953,7 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% və yaxud 328 mln. manat çoxdur.

6 ay ərzində büdcə xərclərinin 5 621 mln. manatı və yaxud 51,3%-i cari xərclər, 3 941,6 mln. manatı və yaxud 36%-i əsaslı xərclər, 1 388,4 mln. manatı və yaxud 12,7%-i isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.

2019-cu ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 5891,8 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisdə 775,5 mln. manat və yaxud 15,2% çoxdur.

Hesabat dövründə Azərbaycanın icmal büdcəsinin gəlirləri 17583,1 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2467,6 mln. manat və yaxud 16,3% çoxdur. İcmal büdcənin xərcləri isə 11 682 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 839 mln. manat və yaxud 7,7% çoxdur. İcmal büdcədə 5 901,1 mln. manat qalıq yaranıb/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA