SOCAR Rumıniyada 43-cü yanacaqdoldurma məntəqəsini istifadəyə verib

img

03-07-2019 [15:44]


Rumıniyanın Satu Mare regionunda SOCAR brendi ilə ilk yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

"Report”un Rumıniya KİV-inə istinadən verdiyi məlumata görə, bu, Rumıniyada SOCAR brendi ilə açılan 43-cü yanacaqdoldurma məntəqəsidir.

Yeni YDM ən müasir texnologiyalarla, müasir avadanlıqlarla təchiz edilib. Məntəqədə "SOCAR Petroleum” şirkəti "Nano” markalı 4 növ yanacaq satışını həyata keçirir. SOCAR YDM-lərində müştərilər hesabların, kommunal xidmətlərin ödənilməsi xidmətindən də istifadə edə bilərlər.

Müştərilərə YDM ərazisindəki "Nar" kafedə yerli və Azərbaycan məhsulları, eləcə də pulsuz internet xidməti təqdim olunur. Bundan başqa, YDM-də elektrikli avtomobillərin enerji ilə doldurulması üçün avadanlıq mövcuddur.

Xatırladaq ki, SOCAR Rumıniyanın 20 rayonunda YDM şəbəkəsinə malikdir. "SOCAR Petroleum S A” 2011-ci ildən Rumıniya bazarında fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA