"Bakı Metropoliteni" 1 ay ərzində daha iki qatar gətirəcək

img

02-07-2019 [13:34]


"Bakı Metropoliteni” QSC qarşıdakı 1 ay ərzində Rusiyadan 10 vaqondan ibarət növbəti iki qatarı Bakıya gətirməyi planlaşdırır.

"Report" xəbər verir ki, bunu jurnalistlərə "Bakı Metropoliteni” mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, növbəti 10 vaqon isə sentyabrda gətiriləcək:

"Qatarlar gətiriləndən sonra texniki baxışdan keçiriləcək və qısa zamanda xəttə buraxılacaq. Bu zaman isə istismar müddətini başa vuran qatarlar xətdən çıxarılacaq".

Xatırladaq ki, "Bakı Metropoliteni" bu ilin əvvəlində Rusiya ilə 30 vaqonun alınması ilə bağlı anlaşıb. Artıq 10 vaqon Bakıya gətirilərək bu gün xəttə buraxılıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA