“Finoko” BOKT 2 il bundan əvvəl aldığı rəqibini satıb - EKSKLÜZİV

img

28-06-2019 [15:12]


"Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2017-ci ilin sonlarına yaxın aldığı BOKT-u - "Union Kredit” MMC-ni satıb.

Bu barədə "Report”a "Finoko”dan bildirilib.

Məlumata görə, alqı-satqı 2018-ci ilin noyabr ayında baş tutub. Belə ki, "Finoko” 1 il ərzində "Union Kredit”in Tovuz rayonundakı işçi və müştəri bazasında yerli filialını yaradıb, bundan sonra isə kredit təşkilatı başqa bir hüquqi şəxsə satılıb.

Xatırladaq ki, "Finoko” 2014-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 2,255 milyon manatdır. BOKT-un səhmdarları Elmin Əliyev (Müşahidə Şurasının sədri) və Elmar Əliyevdir (Müşahidə Şurasının üzvü).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA