Gürcüstanda iqtisadi artım azalıb

img

28-06-2019 [13:10]


Ötən ay Gürcüstanda 4,7% iqtisadi artım qeydə alınıb.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.

Bu ilin ilk 5 ayı ərzində orta iqtisadi artım 4,9% təşkil edib.

Aprel ayı ilə müqayisədə qonşu ölkə iqtisadiyyatı 0,4% azalıb.

May ayında Gürcüstanda daşınmaz əmlak, kirayə və biznes fəaliyyəti, ticarət, mehmanxana və restoranlar sektorunda artım olub. İstehsal və tikinti sahələrində isə azalma qeydə alınıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA