Dövlət büdcəsi üzrə gəlir və xərc proqnozları artırılıb - Samir Şərifov rəqəmləri açıqladı

img

27-11-2018 [13:07]


 Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsinin gəlirlərinin ilkin proqnoza nisbətən 251 mln. manat artırılaraq 23 168 mln. manata, xərclərinin isə ilkin proqnoza nisbətən 410 mln. manat artırılaraq 25 190 mln. manata çatdırılması nəzərdə tutulub.

Bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisdə büdcəyə deputatların təklifləri nəzərə alınmaqla edilmiş dəyişiklikləri açıqlayarkən məlumat verib.

Onun sözlərinə görə, büdcə gəlirlərinin və xərclərinin artımı əsasən Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalarda gözlənilən artım hesabına baş tutacaq.

"2019-ci il üçün büdcə kəsrinin isə 159 mln. manat artırılaraq 2 022 mln. manata çatdırılması hədəflənib. Amma kəsrin ümumi daxili məhsula nisbəti dəyişməyəcək və 2,5% təşkil edəcək”, - deyə nazir qeyd edib/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA