Prezidentin köməkçisi müşavirədə: "Bitkiçilik, heyvandarlıq, meyvəçilik, quşçuluq, balıqçılıq, kartofçuluq..." (YENİLƏNİB)
İQTİSADİYYAT
24.06.2026, 11:32
"Azərbaycanda bitkiçilik, heyvandarlıq, meyvəçilik, quşçuluq, balıqçılıq, kartofçuluq, çəltikçilik və emal sahələrinin inkişafı ilə bağlı irəli sürülən təşəbbüslərin təhlili göstərir ki, bu istiqamətlər üzrə nəzərdə tutulan investisiya qoyuluşunun ümumi həcmi təxminən 700 milyon manata yaxın olacaq".
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə deyib.
Onun sözlərinə görə, Dövlət Proqramı üzrə 13 iqtisadi rayonda 4565 nəfərin iştirakı ilə müzakirələr keçirilib: "2026-cı il mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə aqrar sahədə mövcud vəziyyət geniş təhlil edilib, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, məhsuldarlığın artırılması və idxaldan asılılığın azaldılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edilib".
O bildirib ki, Prezidentin tapşırığına əsasən, 2026-cı il iyunun 12-dən etibarən ölkənin 13 iqtisadi rayonu üzrə Dövlət Proqramının geniş müzakirələri təşkil olunub: "Müzakirələrdə mərkəzi icra hakimiyyəti orqanlarından 350 nəfər, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan iri təsərrüfatların, aqroparkların və emal müəssisələrinin rəhbərlərindən 3 608 nəfər, aidiyyəti mərkəzi orqanların yerli qurumlarının rəhbər şəxslərindən isə 607 nəfər iştirak etmişdir. Beləliklə, müzakirələrə ümumilikdə 4565 nəfər cəlb olunub. Müşavirələrdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan iri təsərrüfatların və aqroparkların rəhbərlərindən 51 nəfər çıxış edərək Azərbaycan Prezidentinin çağırışına qoşulduqlarını bildirib və ümumilikdə 72 təşəbbüs irəli sürüblər.
***
"Azərbaycanda pambıqçılıq üzrə yeni hədəflər müəyyənləşdirilib".
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə deyib.
Onun sözlərinə görə, Dövlət Proqramının bitkiçilik məhsulları üzrə əsas alt-hədəf indikatorlarından biri olan pambıqçılıq ölkəmizdə kənd təsərrüfatının ənənəvi və strateji əhəmiyyət daşıyan sahələrindən biridir: "Bu sahə yalnız xammal istehsalı baxımından deyil, həm də kənd yerlərində məşğulluğun təmin edilməsi, emal sənayesinin inkişafı, ixrac potensialının artırılması və aqrar-sənaye zəncirində əlavə dəyərin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir".
O qeyd edib ki, pambıqçılıq üzrə ixtisaslaşmış rayonların fermerləri və pambıqçılıq şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən bu müşavirədə Dövlət Proqramında pambıqçılıqla bağlı qarşıda duran vəzifələr, eləcə də müəyyən edilmiş hədəflərə nail olunması üçün görüləcək tədbirlər müzakirə ediləcək/Report.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: "Bizim öz yolumuz var" - VİDEO
Bugün, 00:01 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
TRAMPDAN VAHİMƏLİ XƏBƏRDARLIQ: "İrana mini nüvə bombası ata bilərik" - "MOAB"ın üstünlükləri nədir?
16.10.2026, 23:11 GÜNDƏM
-
Daha bir bələdiyyə sədri CHP-dən istefa verdi
16.10.2026, 23:11 SİYASƏT
-
ABŞ-la UKRAYNA ARASINDA GƏRGİNLİK DƏRİNLƏŞDİ, STARLİNK XİDMƏTİ GERİ ÇƏKİLDİ - Zelenski Trampa cavab verdi
16.10.2026, 19:54 GÜNDƏM
-
Nəhəng ilanların kabusu ortaya çıxdı
16.10.2026, 19:00 DÜNYA
-
Zelenskinin Aİ-dən 70 milyard avro istəyir
16.10.2026, 19:00 DÜNYA
-
Ceyhun Bayramov Banqladeş XİN başçısı ilə görüşüb
16.10.2026, 18:03 SİYASƏT
-
Bolqarıstan NATO-dan təcili dəstək İstədi: dron, hava müdafiə sistemləri...
16.10.2026, 17:55 GÜNDƏM
-
Vasif Talıbov YAP-dakı gücünü də itirdi
16.10.2026, 17:38 SİYASƏT
-
Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı
16.10.2026, 17:27 SİYASƏT
-
Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə başlayıb
16.10.2026, 17:27 İQTİSADİYYAT
-
Aparıcı mesajları qəsdən gec cavabladıranları qınadı: "Çox zavallısınız"
16.10.2026, 17:20 CƏMİYYƏT
-
YAP Veteranlar Şurasında sədr və müavini yenidən seçildi
16.10.2026, 17:03 SİYASƏT
-
"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və..." - Sərəncam imzalandı
16.10.2026, 17:03 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
16.10.2026, 17:02 İQTİSADİYYAT
-
Taleh Məmmədovun cinayət işi məhkəməyə göndərilib
16.10.2026, 16:17 KRİMİNAL
-
Haradan haraya - Türkiyəyə universitetdə oxumağa gəldi, indisə dünya ondan danışır
16.10.2026, 16:08 İDMAN
-
“Bakı və İrəvan anklavları dəqiq ölçülərinə uyğun olaraq bir-biri ilə dəyişdirməlidir” - PAŞİNYANIN YENİ MESAJLAIRNA SÖZARDI (TƏHLİL)
16.10.2026, 15:51 SİYASƏT
-
Son üç seçkini dəqiq proqnozlaşdıran mərkəzdən sorğu - "Bu bazar seçki olsa, hansı partiyaya səs verərsiniz?"
16.10.2026, 15:29 SİYASƏT
-
İsrail ordusu Livanın cənubunu bombalayıb
16.10.2026, 15:22 DÜNYA
-
Bu komandalara texniki məğlubiyyət verildi
16.10.2026, 15:05 İDMAN
-
Azərbaycanın Baş prokurorluğu türkiyəli jurnalisti axtarışa verdi - Bu səbəbə görə (FOTO)
16.10.2026, 15:02 PRESS
-
Qazaxıstanda 1500 illik məzardan nələr çxmadı ki? - Qızıl ayaqqabılar, kəmər... + FOTOLAR
16.10.2026, 14:47 MƏDƏNİYYƏT
-
Hülya Avşar "Qanlı Nigar" rolunu oynayacaq: "Xaraktercə yaxınıq"
16.10.2026, 14:26 MƏDƏNİYYƏT
-
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
16.10.2026, 14:22 İQTİSADİYYAT
-
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə müzakirə aparıb
16.10.2026, 14:10 SİYASƏT
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istəyiblər
16.10.2026, 13:59 KRİMİNAL
-
Yunanıstanda şok hadisə - Əsgər kəmərdən 300.000 litr neft oğurlayıb və...
16.10.2026, 13:25 DÜNYA
-
Nigar Biləndərli vəzifədən gedib
16.10.2026, 13:16 İQTİSADİYYAT
-
Vəkillər Kollegiyasında yeni hakimlər təltif olunub
16.10.2026, 13:10 CƏMİYYƏT
-
İran ordusu: "Bu günə qədər heç bir düşmən gəmisi Oman körfəzinə girməyə cəsarət etməyib"
16.10.2026, 13:00 DÜNYA
-
ONLARA "TƏRƏQQİ" MEDALI VERİLDİ - Sərəncam
16.10.2026, 12:46 GÜNDƏM
-
Prezident İlham Əliyev Hindistanın yeni səfirini qəbul edib - FOTOLAR
16.10.2026, 12:43 GÜNDƏM