Vüsal Qasımlı: "Bu dəyişikliklər sığorta sektorunun rolunu daha da artırıb"
İQTİSADİYYAT
Bugün, 11:29
"Müasir dövrdə qlobal iqtisadiyyatın üzləşdiyi geosiyasi gərginliklər, iqlim dəyişiklikləri, rəqəmsal transformasiya və demoqrafik dəyişikliklər sığorta sektorunun rolunu daha da artırıb".
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.
"Bu gün sığorta maliyyə itkilərinin kompensasiyası ilə yanaşı, iqtisadi dayanıqlılığın, sosial rifahın və davamlı inkişafın təmin edilməsində mühüm mexanizm kimi çıxış edir", - deyə o qeyd edib.
V.Qasımlının szlərinə görə, son illərin beynəlxalq hesabatları sığorta sektorunda dərin struktur dəyişikliklərinin baş verdiyini göstərir: "Allianz Global Insurance Report 2026 göstərir ki, qlobal sığorta sektoru 6,9 trilyon avroluq dəyər və 7,1 %-lik artım tempi ilə dayanıqlı genişlənmə mərhələsindədir. BlackRock Global Insurance Report 2025 sığorta sektorunda mühüm struktur transformasiyanın baş verdiyini göstərir. Belə ki, sığorta şirkətlərinin təxminən 30 %-i özəl bazarlara investisiyaların artırılmasını planlaşdırır, 87 %-i hibrid aktivlərin idarə edilməsi (hibrid asset management) modelinə keçid edir, 73 %-i isə süni intellekt və data analitikası kimi texnoloji həlləri aktiv şəkildə tətbiq edir. Eyni zamanda, şirkətlərin təxminən 70 %-i ESG və dayanıqlı investisiya strategiyalarını davam etdirir. Bu göstəricilər sığorta sektorunun investisiya davranışında daha yüksək gəlirli aktivlərə yönəlmə, idarəetmədə çeviklik və texnoloji transformasiya hesabına daha dayanıqlı və diversifikasiya olunmuş modelə keçdiyini təsdiqləyir. Global Insurance Market Index hesabatı göstərir ki, qlobal sığorta bazarı 2022–2023-cü illərdə yüksək artım mərhələsindən sonra 2024-cü ildə stabilləşmə mərhələsinə keçib, 2025–2026-cı illərdə isə ardıcıl eniş dinamikası ilə yumşaq bazar (soft market) mərhələsinə daxil olub. Bu dinamika bir tərəfdən sığorta məhsullarının əlçatanlığının artmasını, digər tərəfdən isə risklərin daha geniş və çevik şəkildə təmin olunmasına şərait yarandığını ifadə edir".
"Forumun gündəliyində yer alan özəl pensiya sistemləri, təkrarsığorta və təbii fəlakət riskləri, həyat və sağlamlıq sığortası, peşəkar təhsil və sığorta brokerliyi kimi mövzular sektorun gələcəyini müəyyən edən strateji istiqamətləri əhatə edir. Bu mövzuların beynəlxalq ekspertlərlə birgə müzakirəsi həm qabaqcıl təcrübələrin öyrənilməsi, həm də Azərbaycan sığorta bazarının dayanıqlı inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Ölkədə həyata keçirilən ardıcıl iqtisadi islahatlar, xüsusilə də "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi maliyyə sektorunun modernləşdirilməsi, rəqəmsallaşmanın sürətləndirilməsi və innovativ maliyyə həllərinin tətbiqinə təkan verməklə yanaşı, sığorta bazarının daha dayanıqlı və inklüziv inkişafı üçün yeni perspektivlər açıb.
Son illər Azərbaycan sığorta bazarının nümayiş etdirdiyi dinamika sektorun əhəmiyyətli inkişaf potensialına malik olduğunu aydın şəkildə göstərir. Belə ki, 2022–2025-ci illər ərzində ölkədə toplanmış sığorta haqları 971 milyon manatdan 1,5 milyard manata yüksələrək təxminən 55 % artıb. Eyni dövrdə sığorta ödənişlərinin həcmi 433 milyon manatdan 921 milyon manata çataraq iki dəfədən çox artıb. Müsbət tendensiya adambaşına düşən sığorta haqlarında da özünü göstərir. Belə ki, bu göstərici 2022-ci ildə 95 manat olduğu halda, 2025-ci ildə 147 manata yüksəlib. Bununla yanaşı, sığorta sektorunun iqtisadiyyatda rolunu əks etdirən penetrasiya səviyyəsi də artaraq 0,73 %-dən 1,17 %-ə çatıb. O cümlədən, 2022–2025-ci illər dövründə həyat və qeyri-həyat sığorta şirkətlərində aktivlərin rentabelliyi (ROA) fərqli dinamikalar nümayiş etdirib. Belə ki, həyat sığorta şirkətlərində ROA göstəricisi təxminən 8 % səviyyəsində sabit qalıb, qeyri-həyat sığorta şirkətlərində isə 4 %-dən 7 %-ə qədər yüksəlib. Onu da qeyd etmək lazımdır ki, 2025-ci ildə unikal sığorta müqaviləsi sahiblərinin (həyat və qeyri-həyat sığorta növləri üzrə) ümumi sayının yetkin əhali arasında payı 25 % təşkil edib. Dövlət Proqramı çərçivəsində isə bu göstəricinin 32 %-ə çatdırılması hədəflənib", - deyə icraçı direktor əlavə edib.
Onun sözlərinə görə, qlobal miqyasda investisiya davranışlarının dəyişməsi, texnoloji həllərin geniş tətbiqi və risklərin idarə olunmasında daha çevik yanaşmaların formalaşması sektorun yeni inkişaf modelinə keçidini sürətləndirir: "Eyni zamanda, ölkəmizdə həyata keçirilən institusional islahatlar və strateji dövlət proqramları sığorta bazarının modernləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün möhkəm baza yaradır. Bu kontekstdə, sığorta sektorunun gələcək inkişafı yalnız maliyyə itkilərinin kompensasiyası funksiyası ilə məhdudlaşmayaraq, həm də iqtisadi artımın dəstəklənməsi, investisiya resurslarının səfərbər edilməsi və cəmiyyətin risklərə dayanıqlılığının artırılması baxımından daha geniş bir missiya daşıyacaq. Əminəm ki, bu forum çərçivəsində aparılacaq müzakirələr, fikir mübadilələri və beynəlxalq əməkdaşlıq imkanları sığorta sektorunun daha dayanıqlı, innovativ və rəqabətqabiliyyətli inkişafına töhfə verəcək"/Report.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Nazir: "Pambıqçılığın inkişafına mane olan problemlər var"
Bugün, 12:18 İQTİSADİYYAT
-
Məhəmməd Baqir Qalibaf Bakıda: "İranın müqavimətinin nəticəsidir ki..."
Bugün, 12:04 SİYASƏT
-
Şirvan Sukanal İdarəsinin "tiktoker" işçisi saxlanıldı
Bugün, 11:45 PRESS
-
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı - FOTOLAR
Bugün, 11:36 GÜNDƏM
-
Prezidentin köməkçisi müşavirədə: "Bitkiçilik, heyvandarlıq, meyvəçilik, quşçuluq, balıqçılıq, kartofçuluq..." (YENİLƏNİB)
Bugün, 11:32 İQTİSADİYYAT
-
Vüsal Qasımlı: "Bu dəyişikliklər sığorta sektorunun rolunu daha da artırıb"
Bugün, 11:29 İQTİSADİYYAT
-
Keşlə sakinləri niyə kompensasiyanı ala bilmir? - VİDEO
Bugün, 11:23 CƏMİYYƏT
-
Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər sahilinin neft tullantılarından təmizlənməsi davam etdirilir
Bugün, 11:13 GÜNDƏM
-
Mərkəzi Bank uçot dərəcəsi barədə qərar qəbul edib
Bugün, 11:03 İQTİSADİYYAT
-
İlham Əliyev İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyasının iştirakçılarına müraciət ünvanlayıb
Bugün, 10:27 GÜNDƏM
-
Ağcabədidə 42 yaşlı kişi 7 kq narkotiklə tutulub
Bugün, 10:21 KRİMİNAL
-
Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatar bileti... - Satış müddəti uzadıldı
Bugün, 10:19 CƏMİYYƏT
-
Bakıda İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının sessiyası keçirilir
Bugün, 10:12 GÜNDƏM
-
TRAMP İRANA QARŞI SAVAŞI BLOKLAYAN KONQRESİ TOPA TUTDU: "Düşmənə kömək etdilər"
Bugün, 10:02 GÜNDƏM
-
Daşınmaz əmlak bazarında pozuntular... - Ali Məhkəmə izahat yaydı
Bugün, 09:45 GÜNDƏM
-
Azərbaycan neftinin qiyməti 79 dollara düşdü
Bugün, 09:35 İQTİSADİYYAT
-
Komitə sədri "İxtisara düşənlərdən "Həmkarlar"a üzvlük haqqı tutulurmu" sualına belə cavab aldı: "O yalançı qurumda niyə qalırlar ki..."
Bugün, 09:27 CƏMİYYƏT
-
"Arif müəllim böyük sənətkar, böyük ustad idi"
Bugün, 09:13 MƏDƏNİYYƏT
-
Respublika Klinik Xəstəxanasında tibb bacıları kütləvi zəhərlənib? - TƏBİB xəbəri nə təsdiqləyib, nə də təkzib edir
Bugün, 09:09 CƏMİYYƏT
-
İsrail ABŞ-a tələb qoydu: “Qırıcılarını Təl-Əvivdən çıxar!”
Bugün, 09:00 DÜNYA
-
Konqresdən Trampa “şok zərbə” – “Müharibə səlahiyyətləri” məhdudlaşdırıldı
Bugün, 08:50 GÜNDƏM
-
DÇ-2026: Xorvatiya ilk 3 xalını qazandı, Kolumbiya isə növbəti tura vəsiqəni təmin etdi
Bugün, 08:37 İDMAN
-
İran parlamentinin sədri Bakıya gəldi - FOTOLAR
Bugün, 08:35 GÜNDƏM
-
Tramp: “MAQATE müfəttişləri İranda işə başlayacaq”
Bugün, 08:26 DÜNYA
-
Taliban hökuməti ilk dəfə Avropada – 5 nəfərlik heyətlə nələr müzakirə olunub?
Bugün, 00:43 DÜNYA
-
Meloni Trampla gərginlik arzulamır: “Mübahisəni böyütmək niyyətim yoxdur”
Bugün, 00:28 GÜNDƏM
-
ABŞ İran yığması ilə bağlı qərarını dəyişdi
Bugün, 00:13 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
Məleykə Abbaszadə: "Bu, ciddi yanaşma sayıla bilməz"
23.06.2026, 23:45 CƏMİYYƏT
-
CHP-li daha iki bələdiyyə sədri vəzifədən uzaqlaşdırıldı
23.06.2026, 23:33 DÜNYA
-
DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın elədi
23.06.2026, 23:02 İDMAN
-
Bakı Dövlət Universitetində 42 yeni ixtisas açılır - SİYAHI
23.06.2026, 20:30 GÜNDƏM
-
Nazir Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana səfər edib
23.06.2026, 19:21 MƏDƏNİYYƏT
-
Putin: "Rusiya Ukrayna ilə danışıqlar masasına oturmağa hazırdır"
23.06.2026, 18:57 GÜNDƏM