“Ürəyimi Türkiyə üçün qoydum…” – Montella istefa verəcək?

“Ürəyimi Türkiyə üçün qoydum…” – Montella istefa verəcək?  

İDMAN

25.06.2026, 08:19

Türkiyə yığmasının baş məşqçisi Vinçenzo Montella ABŞ matçı ilə bağlı keçirdiyi mətbuat konfransında DŞ-2026-dakı əvvəlki iki oyundakı uğursuzluqdan sonra istefa verib-verməyəcəyi barədə sualı cavablandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, italyan məşqçi istefa niyyətində olmadığını deyib.

O, futbolçuları da müdafiə edərək bildirib ki, bu oyunçular keçmişdə uğur qazanan oyunçulardır, gələcəkdə də uğur gətirəcəklər: "Oyunçularımı çox sevirəm, onlar mənim övladlarımdır. Onlaırn şəxsinə hücumları qəbul edə bilmərəm. Oyunçulara hörmət göstərilməlidir. Bəli, turnirlə vidalaşdığımız üçün çox kədərliyik. Bu uşaqlar bizim gələcəyimizdir, xahiş edirəm onlara hörmət edin.

Qaldı mənim istefama, əgər kimsə mənim istefamı gözləyirsə, bunu bilməlidir: istefa verməyəcəyəm. İndi daha da gücləndim! Federasiya prezidenti də məni dəstəkləyir, oyunçular da. Mən təslim olmayacağam. Türkiyəni ardıcıl turnirlərə apardım, ürəyimi qoydum…"

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR