AVROPANIN 5 ÖLKƏSİ YENİ İTTİFAQ QURUR - İtaliya Baş naziri “NATO-da Avropanın gücü artırılmalıdır” deyir

AVROPANIN 5 ÖLKƏSİ YENİ İTTİFAQ QURUR - İtaliya Baş naziri “NATO-da Avropanın gücü artırılmalıdır”  deyir 

GÜNDƏM

Bugün, 00:04

“Avropa müdafiə və təhlükəsizlik sahəsində məsuliyyəti öz üzərinə götürməli, NATO daxilində daha güclü Avropa komponenti yaratmalı bu istiqamətdə qətiyyətlə irəliləməlidir”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu İtaliya Baş naziri Giorgia Meloni Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və Polşadan ibarət E5 ölkələrinin liderlərinin Berlində keçirilən sammitində deyib.

Onun sözlərinə görə, Avropa ölkələri güclü tərəflərinizdən istifadə edərək, sənaye infrastrukturunu yeniləməlidir: “Üzv dövlətlərin ötən il Haaqada keçirilən NATO sammitində götürdükləri öhdəliklər ənənəvi müdafiəni əhatə etmir, əksinə təhlükəsizlik və strateji dayanıqlığın daha geniş anlayışına əsaslanır və davam edir. Bu, vacib infrastrukturun qorunması, enerji təchizatının təmin edilməsi, ailələrin və müəssisələrin məlumatlarının kiberhücumlardan qorunması, fövqəladə hallara operativ cavab vermə imkanlarımızın gücləndirilməsi və sərhədlərimizin qorunması deməkdir. Buna görə də, davam etdirmək istədiyimiz yol müdafiə və təhlükəsizlik konsepsiyasına çoxölçülü yanaşmadır. Bu yanaşma Alyansın bütün cəbhələrinə yönəldilməlidir. Atlantik Alyansı gücləndirilməlidir. Qərb birliyinin təməl daşlarından biri olan transatlantik əlaqəni daha da gücləndirməliyik."

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR