DÇ-2026-nın B qrupu: 2 oyun, 7 qol... - Hansı komandalar mərhələ adladı?

DÇ-2026-nın B qrupu: 2 oyun, 7 qol... - Hansı komandalar mərhələ adladı?

İDMAN

Bugün, 00:59

Bu gün DÇ-2026-nın B qrupunda İsveçrə yığması ev sahibi Kanada ilə üz-üzə gəlib.

Mia.az xəbər verir ki, III turunun matçında İsveçrə millisi ev sahiblərini məğlub edərək mərhələ adlayıb - 2:1.

İsveçrənin qollarını 46-cı dəqiqədə Ruben Varqas, 57-də isə Joan Manzambi atıb. 

Bu qələbə sayəsində İsveçrə 7 xalla qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazanıb. Kanada isə 4 xalla ikinci yeri tutaraq mərhələ adlayıb.

Qrupun digər oyunu isə  Bosniya və Herseqovina ilə Qətər arasında eyi saatda oynanılıb.

Bosniyalılar matçdan qalib ayrılıb - 3:1.

Bosniya və Herseqovina bu qələbə sayəsində 4 xal qazansa da, top fərqinə görə 3-cü pillədə qərarlaşıb. Qətər isə bir xalda qalıb.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR