Vitse-spikerdən ictimai Palataya xəbər: "Mümkünsüzdür"

img

30-10-2012 [05:16]


İctimai Palatanın tələblərinin yerinə yetirilməsi mümkünsüzdür. Bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına bildirib. İctimai Palatanın parlamentin qarşısında keçirməyi nəzərdə tutduğu piketin məqsədinə münasibət bildirən Muradova qeyd edib ki, bu təşkilatda birləşənlər həmin aksiya ilə nəyisə dəyişəcəklərini düşünürlərsə, yanılırlar. "Onlar parlamentin buraxılmasını da tələb edirdilər. Belə tələblərin yerinə yetirilməsi mümkünsüzdür. Həm hüquqi, həm də praktiki cəhətdən bu proses mümkün deyil. Ona görə də mümkünsüz olan tələblərin ətrafında müzakirələr açılmasının tərəfdarı deyiləm", - deyə, vitse-spiker vurğulayıb. O bildirib ki, etiraz aksiyası keçirmək müxalifətin hüququdur, amma bu hüquq qanun çərçivəsində həyata keçirilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA