İRANA HÜCUM QƏRARI VERİLMƏYİB: "Bizimlə danışıq gedir" - Hindistan İrana arxa çevirdi, Tramp Çinə mesaj verdi

img

02-02-2026 [00:01]


Hindistan İrandan neft alışını dayandırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp  açıqlama verib.

O, rəsmi Dehlinin qərarını verdiyini bildirib: "Hindistan gəlir. Onlar İran əvəzinə Venesueladan neft alacaq. Razılaşma var. Venesuela neftinin qapısı Çinə də açıqdır...".

ABŞ lideri İrana hücum ehtimal barədə suala gəldikdə isə o, hələ qərar verilmədiyinə eyham vurub: "Dəqiq deyə bilmərəm, amma bu istiqamətdə çox böyük və güclü gəmilərimiz var. Ümid edirəm ki, onlar məqbul bir şey barədə danışıqlar aparacaqlar".

Tramp bir daha İranın nüvə silahı olmayacağından söz açıb: "Nüvə silahı olmadan hər kəsi qane edən danışıqlar yolu ilə razılaşma əldə etmək olar və onlar bunu etməlidirlər, amma edəcəklərini bilmirəm. Onlar bizimlə danışırlar. Onlar bizimlə ciddi şəkildə müzakirəyə başlayıblar...".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA