"Beşiktaş" Mert Kömürü transfer etmək istəyir - Rəsmi təklif göndərilib

img

02-02-2026 [13:16]


"Beşiktaş" transfer siyahısına "Auqsburq"dan Mert Kömürü əlavə edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Ağ-qaralar" gənc yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

Klubun 20 yaşlı yarımmüdafiəçi üçün Almaniya klubuna rəsmi təklif göndərdiyi məlum olub.

Baş məşqçi Sergen Yalçının oyunçunu xüsusilə heyətində görmək istədiyini vurğulayıb.

Gənc futbolçunun "Beşiktaş" formasını geyinmək istədiyi və bu istəyi kluba çatdırdığı bildirilir.

Həmçinin Sergen Yalçının Mert Kömürlə şəxsi görüş keçirdiyi də məlum olub.

Bu mövsüm Auqsburqda 19 rəsmi oyun keçirən Mert Kömür 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Gənc yarımmüdafiəçi həmçinin futbolçu karyerasına Auqsburq gənclər akademiyasında başlayıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA