Baş Prokurorluqda yeni təyinat olub

img

02-02-2026 [12:35]


Baş Prokurorluğun İstintaq İdarəsinin rəisinə yeni müavin təyin edilib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə müşaviri Anar Mirkişiyev İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun müavini vəzifəsinə təsdiqlənib.

Qeyd edək ki, A.Mirkişiyevin indi təyin edildiyi vəzifəni daha əvvəl Qasım Məmmədov tutub. Q. Məmmədov ötən ilin sentyabr ayından respublika hərbi prokurorunun müavinidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA