Milli Məclisdə Gülər Əhmədova qalmaqalından danızıldı

img

16-10-2012 [12:51]


Xəbər verdiyimiz kimi, Milli Məclisin payız sessiyasının bugünkü iclasında adı 1 milyonluq rüşvət qalmaqalından keçən sabiq deputat Gülər Əhmədovanın məsələsindən danışılıb. Millət vəkili Fazil Mustafa çıxış edərək bu məsələdən bəhs edib. Daha sonra Milli Məclisin sədri Oqtay Əsədov Gülər Əhmədova olayına münasibət bildirib. Spiker Fazil Mustafanın dediklərinə şərik çıxaraq, bildirib ki, parlamentdə bu məsələdən danışmaq heç kimə qadağan olunmayıb. O.Əsədovun sözlərinə görə, bəzən kimlərsə Milli Məclis haqqında yanlış rəy yaratmağa çalışırlar. Spiker deyib ki, Gülər əhmədova öz ərizəsilə deputat mandatından imtina edib və bu məsələ ilə bağlı hazırda istintaq gedir. modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA