“Azəriqaz”ın əməkdaşı döyülüb? - AÇIQLAMA

img

01-02-2026 [21:44]


Nizami rayonu Keşlə qəsəbəsində “Azəriqaz”ın əməkdaşının abonent tərəfindən döyüldüyü iddia edilir.

Mia.az xəbər verir ki, vətəndaş əməkdaşa zəng edərək qaz sərfiyyatının çox olduğunu deyib və məsələni aydınlaşdırmaq üçün mənzilinə gəlməsini tələb edib.

Həmçinin qeyd edilib ki, ünvana çatan kimi ata oğlu ilə birləşib və onu döyüb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadası çağırılıb. Əməkdaş təcili yardım tərəfindən xəstəxanaya çatdırılıb.

DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində baş verən hadisə ilə bağlı şəxslər polis əməkdaşları tərəfindən şöbəyə dəvət olunub, izahatları alınıb:

“Hadisə aidiyyəti qurumun əməkdaşının xidməti fəaliyyəti zamanı yaranan mübahisə zəminində baş verib.

Hazırda müraciət üzrə araşdırma aparılır.

Gözlə görünən xəsarət aşkar edilməsə də, müvafiq qaydada məhkəmə-tibbi ekspertizanın təyin edilməsi nəzərdə tutulur. Araşdırmanın nəticəsinə uyğun olaraq əmələ hüquqi qiymət veriləcək”/qafqazinfo.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA