"Səfalı" MTK-dan mənzil alan sakinlər şikayətçidirlər - VİDEO

img

02-02-2026 [11:23]


"Səfalı" MTK-dan mənzil alan sakinlər binanın idarə olunmasındakı problemlərdən şikayətçidirlər.

Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 4 binanın sakinləri "Xəzər Xəbər"ə müraciət ediblər.

Xezerxeber.az-ın məlumatına görə, onların narazılığı yaşadıqları binanın idarə olunmasındakı problemlərdəndir. İddia edirlər ki, onların bu narazılığını nə MTK eşidir, nə də aidiyyəti qurumlar.

Sakinlər deyirlər ki, "Səfalı" MTK binanın həyətini ayrı-ayrı obyektlərə icarəyə verib, bu da onların ciddi narazılığına səbəb olub.

Binanın komendantı Fuad Həsənov isə sakinlərin iddiaları ilə razılaşmır.

"Səfalı" MTK-nın sədrinin köməkçisi İlqar Əliyev isə sakinləri liftdən səliqəli istifadə etməməkdə ittiham etdi. Binanın həyətinin sakinlərin istifadəsinə verilməməsi, həyətin giriş-çıxışında şlaqbaumun olmaması və sakinləri narahat edən digər problemlərə gəlincə, MTK sədrinin köməkçisi bu suallara aydınlıq gətirmək istəmədiyini bildirərək, dəstəyi asdı.

Sakinlər isə ümid edirlər ki, məsələ ictimailəşdikdən sonra problemləri qısa zaman ərzində həll olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA