?Gülər Əhmədova məndən xahiz elədi ki...?

img

24-10-2012 [09:48]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ?Xural? qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı şahid qismində ifadə verib. O, bildirib ki, Əvəz Zeynallı ilə münasibətləri normal olub: ?Bir gün Gülər Əhmədova mənə zəng edib dedi ki, Əvəz Zeynallı ilə Nigar Almanqızı onu şantaj edirlər. Gülər xanım dedi ki, Əvəz Zeynallı onun barəsində rüsvayedici məlumatlar yazmaq istəyir, ondan külli miqdarda pul istəyir. O, məndən xahiş elədi ki, Əvəz Zeynallı ilə danışım, xahiş edim ki, görüşüb söhbət etsinlər. Mən də dedim ki, şantaj edirsə, hüquq-mühafizə orqanlarına müraciət elə. O da dedi ki, o məlumatlar yayılsa, oğlanları bu ölkədə gəzə bilməz. Mən də Gülər Əhmədovanın xahişi ilə bir dəfə Əvəzə zəng etdim. Lakin telefonuma cavab vermədi. Sonra da Gülər xanıma zəng edib dedim ki, telefonuma cavab vermədi. Mən çox təəssüf edirəm ki, adım bu cür işlərdə hallanır. Buna görə Gülər xanımdan da incidim. O mənə zəng edib məsləhət istəyib, xahiş edib, mən də eləmişəm. Sonra prokurorluğa çağırdılar, bildiklərimi orada dedim. Amma gərək məni bu məsələlərə qatmazdılar?. Ə. Zeynallı isə bildirib ki, onun həbsinə səbəb olan ifadələrdən biri də Tənzilə Rüstəmxanlının ifadəsi olub. T. Rüstəmxanlı isə onun dedikləri ilə razılaşmayıb. ?Üzə durmağı da, adam tutdurmağı da sən hamıdan yaxşı bilirsən. Məni bu cür təhqir etmə. Sən də bilirsən ki, mən sözümün ağasıyam və heç vaxt şantaja boyun əyməmişəm. Məni də şantaj eləmək istəyən bir jurnalist var idi. Şikayət elədim həbs elədilər. Mən buna göz yuma bilmərəm. Nə olubsa, istintaq zamanı onu demişəm. Mənə prokurorluqdan zəng edib ifadə verməyə dəvət edəndə çox təəccübləndim. Mən qadın təşkilatının sədriyəm. Hər kəs zəng edib məndən məsləhət ala bilər. Lakin sonradan bir telefon danışığını gedib istintaq zamanı demək düzgün deyildi. Mən bunu inkar edə bilməzdim. Sonra gedib bizim telefon danışığın çıxardardılar. Yalan danışmaq mənə yaraşmaz. Soruşublar belə söhbət olub? Mən də təsdiqləmişəm?, - deyə T. Restəmxanlı bildirib. Ə. Zeynallı isə deyib ki, sonradan T. Rüstəmxanlı ilə görüşüb, bu barədə söhbət ediblər: ?Biz görüşəndə siz məndən soruşdunuz ki, bu nə məsələdir? Mən də dedim ki, Gülər Əhmədova mənim səsimi yazıb şantaj eləmək istəyir. Niyə onu da istintaq zamanı deməmisiniz?? T. Rüstəmxanlı isə buna ehtiyac görmədiyini deyib: ?Mən ikimizin arasında olan məsələni istintaqda danışmağı lazım bilmədim?. Daha sonra prosesdə hakim bildirib ki, Gülər Əhmədovanın oğlu Toğrul Əhmədovun bu dəfə də məhkəməyə gəlməsi mümkün deyil. Növbəti proses oktyabrın 31-nə təyin edilib. Qeyd edək ki, Ə. Zeynallı ötən il oktyabrın 28-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. qafqazinfo

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA