VIP, AYP və Ədalət partiyaları bir arada gəldi

img

24-10-2012 [05:44]


təndaş və İnkişaf Partiyasının (VİP) qərargahında Azərbaycan Yaşıllar Partiyasının (AYP) sədri Mayis Güləliyev, VİP sədri Əli Əliyev və Ədalət Partiyası sədrinin müavini Etimad İsmayılov arasında növbəti görüş keçirilib. VİP-dən verilən məlumata görə, görüşdə adları çəkilən partiyaların iştirakı ilə yaradılması nəzərdə tutulan formatın Əsasnaməsi, qarşıdakı dövrdə birgə fəaliyyətin başlıca istiqamətlərinin əks olunduğu İş Planı, birliyin beynəlxalq əlaqələrinin gücləndirilməsi və digər məsələlər müzakirə olunub. Ölkənin daxili və beynəlxalq kontekstdə kifayət qədər həsas bir dönəmə daxil olduğunu qeyd edən tərəflər AYP, Ədalət Partiyası və VİP-in təmsilçiliyi ilə qurulacaq təşkilatı formatın mümkün olan ən qısa müddətdə rəsmiləşdirilməsinin zəruriliyini önə çəkiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA