Səidə Qocamanlı: "Əli insanovla görüzdük..."

img

22-10-2012 [08:13]


Hüquq müdafiəçiləri Səidə Qocamanlı, Novella Cəfəroğlu və Səadət Bənənyarlı hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovla yenidən görüşüblər. Bu barədə Modern.az saytına Səidə Qocamanlı məlumat verib. O, bildirib ki, hüquq müdafiəçiləri oktyabr ayı ərzində həbsxanalarda növbəti monitoriqlərə başlayıb. S.Qocamanlının sözlərinə görə, ilk monitorinq eks-nazir Əli İnsanovun cəza çəkdiyi 13 saylı həbsxanadan başlanılıb. ?Biz yenidən monitorinqlərə başlamışıq. Biz həbsxanalarda monitorinqləri ilboyu bir neçə dəf aparırıq. Bu yaxınlarda da biz 13 saylı cəzaçəkmə müəssisəsində yoxlamalara başladıq. Bundan başqa digərlərinə də gedəcəyik. Planlaşdırmışıq ki, ilin sonuna kimi daha iki həbsxanada monitorinq aparaq. Bu zaman Əli İnsanovla da görüşdük. Vəziyyətində heç bir problem yox idi. Bu ayın sonunda Fərhad Əliyevin olduğu həbsxanaya baş çəkəcəyik?, - deyə S.Qocamanlı bildirib. Qeyd edək ki, keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ildə parlament seçkisi öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilinib. 2007-ci ilin aprel ayında İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ə.İnsanov 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA