AiDP biznesmenlərə müraciət etdi

img

16-10-2012 [12:18]


AİDP Qurban bayramı ilə əlaqədar müraciət yayıb. Bu barədə Partiyanın mətbuat xidməti məlumat yayıb. Məlumata görə, müraciətdə deyilir ki, qarşıdan gələn Müqəddəs Bayramı artıq Azərbaycanda da geniş şəkildə qeyd olunur: "Xalqımız bu günü səbirsizliklə gözləyir, mahiyyətinə uyğun qeyd etməyə çalışır. Yardım edənlərin, imkansızlara əl tutanların və bu işi "Sağ əlin verdiyindən, sol əlin xəbəri olmasın" prinsipi ilə həyata keçirənlərin sayı artıb. Bu islamçı demokrat olaraq bizi sevindirir. Bütün bunlarla bərabər həmin günlərdə xoşagəlməz hallar da baş verir. Ən ciddi nöqsan isə süni qiymət artımıdır. Bayram ərəfəsində, təxminən 10 gün bahalıq hökm sürür. Müxtəlif məhsulların, xüsusilə də ətin qiyməti qaldırılır. Bu günlərdən istifadə edib qazanmağa çalışırlar. Allaha xatir keçirilən bu bayramda belə nöqsanlara yol vermək günahdır. Əksinə həmin günlərdə bizneslə məşğul olan insanlar qiymətləri endirməldirlər, fermerlər qoyun ətinin qalxmasına rəvac verməməlidirlər. Biz islamçı demokrat olaraq həmin insanlardan Qurban bayramı ərəfəsində süni bahalıq yaratmamağı xahiş edir, həzrət Əlinin dediyi "İnsanın qiyməti onun etdiyi yaxşılıqlarla ölçülər" kəlmaına əməl etməyə çağırırırq".

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA