MMP üzvlərinə mitinq qadağası qoyub

img

19-10-2012 [02:35]


Bu gün Muasir Musavat Partiyasının mərkəzi qərargahında partiyanın İdarə Heyətinin, Rayon Təşkilat Sədrlərinin, Gənclər və Qadınlar Şurasının da iştirak etdiyi toplantı keçirilib. Toplantıda ilk öncə dünyada və ölkədə baş verən ictimai-siyasi hadisələrə münasibət bildirilib.Sonra toplantının əsas səbəbi açıqlanıb. Məlum olub ki bir qrup Müasir Musavatçı İctimai Palatanın şənbə gününə planlaşdırdışı mitinqə qatılmaq üçün partiyaya müraciət edib. Onlar bu istiqamətdə hərəkət etmək üçün təşkilatdan maddi-texniki dəstək də tələb ediblər. Məsələni müzakirəyə çıxaran partiya rəhbərliyi MMP üzvlərının verdiyi bütün qərarlara hörmətlə yanaşdığını və dəstəklədiyini bəyan edib. Ancaq İctimai Palatanın 19-na planlaşdırdığı mitinq partiyanın mövqeyinə uyğun olmadığı üçün üzvlərinin ora getmələrinə qadağa qoyub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA