Bu gün ölən və yaralan hacılar vətənə gətiriləcək(siyahı)

Bu gün ölən və yaralan hacılar vətənə gətiriləcək(siyahı)

GÜNDƏM

24.11.2010, 11:07

Bu gün bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə, Azərbaycanın Türkiyədəki səfiri və konsulu azərbaycanlı hacıların qəzaya düşdüyü Türkiyənin Sivas bölgəsinə gedəcəklər. Onlar həlak olanların cənazələrinin, eləcə də tərpətmək mümkün olan yaralıların vətənə qaytarılmasına çalışacaqlar. Xatırladaq ki, Türkiyənin Sivas əyalətində içərisində azərbaycanlı zəvvarların olduğu 90 DS 393 dövlət nömrə nişanlı avtobus idarəetməni itirərək dərəyə aşıb. Avtobusun qəzaya uğraması nəticəsində 5 adam həlak olub, 28 nəfər isə yaralanıb. Bu barədə ANS-ə bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə məlumat verib. Bütün Qafqazın Şeyxi bildirib ki, ölənlərin cənazələri Azərbaycana gətiriləcək. Hacı Allahşükür Paşazadə ölənlərin ailələrinə başsağlığı verib. Türkiyədəki qəzada ölən və yaralanan hacıların adları da artıq açıqlanıb. QMİ-dən verilən məlumata görə, ölənlərin adlar belədir: 1982-ci il təvəllüdlü Əhmədov Səməd Nadir oğlu, 1944-cü il təvvəlüdlü Alıcanova Hacıxanım Əliağa qızı, 1941-ci il təvəllüdlü Baxşəliyeva Solmaz Abuzər qızı, 1965-ci il təvəllüdlü Dadaşova Zemfira Qəmbər qızı 1938-ci il təvəllüdlü Kərimov Məhərrəm Balababa oğlu həlak olub. Öz növbəsində CNNTürk kanalı qəza zamanı yaralananlardan 24 nəfərin adını və soyadını açıqlayıb: Mirza Baba (57), Səbihə Məmmədova (58), Arzu İsmayılova (49), Mətləb Sarıyev (37), Elnarə Nəcəfzadə (38), Müqəddəs Əsgərov (56), Hadı İsgəndərov (43), İnqilab Həsənov (74), Şirin Qasımova (60), Kifayət Əhmədova (53), Toğrul Qədirov (27), Həbib Axundov (19), İsmət Kərimov (31), Nazilə İsrafilova (51), Kamil Axundov (44), İbiş Əliyev (55), İlqar Muradov (30), Kəmalə Muradova (32), Emin Ağayev (31), Mehdi Xudaverdi (31), Məhəmməd Məzətli (48), Yaqub Nuğrazadə (55), Xeyransa İsmayılova (51) sürücü Asif Babayev (45).

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR