O, BİR DƏ ŞEİRİN BAŞINA DÖNMƏYƏCƏK... - Pərvanə Bayramqızının “İki aşiq” şeirlər kitabına sözardı
MƏDƏNİYYƏT
Bugün, 19:25
Sosial şəbəkədə bir kadra rast gəldim. Kəndin tozunu havaya qaldırıb özü də ondan yuxarıda uça-uça birinci sinfə yüyürməyin kadrına. Yaxınlaşdırıb baxdım: adam birdə oxumur, adam bir də oxuyur:
bağçanı,
orta məktəbi,
institutu,
başqalarının yazdıqlarını,
özünün klaviaturasına tuş gələnləri...
Hər kəndə dönəndə “kəndinə” dönür – yeddi yaşlı şagirdə. Üz tutur dədə-baba məktəblərinə.
Çantası həmən.
Qanadları o vaxtın.
Yolboyu nəsə mızıldanır. Nəğmədi – nəğmə deyil, arzudu – arzu deyil... Hələ şeirin nə olduğundan xəbərsizdi. Amma dediyi nədisə, əzbərinə yazılır:
Sənə gələn yolların
İzləri alnımdadı...
Hələ şeirə gedən yollar onun alnına iz salmayıb. Eləcə, yürüdükcə yürümək istəyir. Məktəb yolu, kitab-dəftər-qələm yüklü çanta, ayaqlarının altından qopan toz onu susmağa qoymur. Sonralar fəhm edəcək ki, bu, onun özüylə ilk söhbətiymiş. Şeirlərini cavanlıq səhvi adlandıracaq, onlardan yaxa qurtarmaq üçün çox uzağa qaçacaq – nəsrə, şeirin mehriban düşməninə pənah aparacaq, orda da iynəsi tikiş tutmayıb özündən “Yaza bilməyən yazıçı” adlı kitab bağlayacaq, daha bir nəsr, daha bir nəşr, məqalələr, feysbuk – instaqram statusları...
Leyk – o ilkin status dəyişməyəcək: şairlik statusu!
Əlyazmalarını mənə verəndə dedi ki, şeirlərini toplu kimi çap etdirib onlarla birdəfəlik sağollaşmaq fikrindədi. Mən bu şeirlərin vida mərasimindəyəm, sanki. Amma kədərli deyiləm. Bu qovluqda nə qədər “cocuq” var. Onların yanında necə bikef olmaq olar?
Otağı qarışdırıb
Dəcəllər yenə bu gün.
Elə bil “əmr” alıblar
Uşaqlar, sökün, tökün!
Mən də onlara qoşulmaq istəyirəm. Xuraman Hüseyn məni qabaqlayıb ki: “O şeiri şairin övladı kimi gördüyündən danışır, onu da övlad kimi atmaq olmadığını deyir. Oxunmayan şeirlərə də poetik ovqatla münasibət bildirir:
Oxunmayan şeirlər də
yetimdi.
Qayğısına qalanı yox,
kifir bir insan kimi
üzünə baxanı yox.
Amma...
Nə qədər köhnə olsa,
nə qədər kifir olsa,
şeir elə şeirdi!”
Stop!
Müəllif haqlıdı:
“Nə qədər köhnə olsa,
nə qədər kifir olsa,
şeir elə şeirdi!..”
Oxunmayan şeirlər “yetim” olsa da, onları heç bir sosial xidmət müəssisəsinə etibar eləmək olmaz: nə uşaqlar üçün olana, nə də yaşlılar üçün! Bir yerə yığıb çap eləmək olar – kitab kimi. Onsuz da indi kitablar da yetimdi. Bir-birlərinə həyan olarlar.
Kitab demişkən, indi ağlıma gəldi ki, hələ onun adını çəkməmişəm. Əslində, şeirdən-nəsrdən-məqalədən... çox kitab adı gələndə o yada düşür. Kitab onun qələmində, əlində, taleyində ismin bütün hallarına uğrayır.
Kitab Pərvanəsi.
Bayram kişinin qızı.
Dediyinə görə, bir də şeirin başına dönməyəcək (bəlkə şeir onun ürəyinə dönə – kim bilir)...
O, şeirləriylə halallaşır.
Oxucular isə salamlaşırlar.
Hamınıza uğurlar.
Ta mənlik iş qalmadı...
P.S. Adətən gələnə “Uğurlu yol” yazarlar.
Mən gedənə yazdım.
Bu da bir ilk olsun.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
O, BİR DƏ ŞEİRİN BAŞINA DÖNMƏYƏCƏK... - Pərvanə Bayramqızının “İki aşiq” şeirlər kitabına sözardı
Bugün, 19:25 MƏDƏNİYYƏT
-
Gürcüstanın Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı - Tbilisiyə nota verildi
Bugün, 18:19 SİYASƏT
-
Öcalan Özgür Özələ məktub göndərib: "Bəli, doğrudur"
Bugün, 18:19 DÜNYA
-
Müğənni Hadisənin bir də gerçək halını görün - Üz göyərib, sifət qırışıb... + FOTOLAR
Bugün, 18:19 ŞOU-BİZNES
-
Hesablama Palatasında yeni şöbə yaradılıb - Təyinat
Bugün, 18:04 İQTİSADİYYAT
-
Neft Fondunda yoxlama: nöqsanlar üzə çıxdı - DETALLAR
Bugün, 17:55 İQTİSADİYYAT
-
Hindistanda kriminal avtoritet evindən elə çıxarıldı ki... - FOTO
Bugün, 17:37 KRİMİNAL
-
Vüqar Rəhimzadə: Azərbaycanın strateji hədəfləri Avrasiyanın geoiqtisadi xəritəsini dəyişir
Bugün, 17:37 SİYASƏT
-
Putinlə üz-üzə gələn hindli şagird... - FOTOLAR
Bugün, 17:21 DÜNYA
-
Türkiyədə məşhur universitetdə dəhşət - Tələbə qadın professoru boğazından bıçaqlandı
Bugün, 17:08 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
DEPUTATLAR BU TARİXDƏ TOPLANACAQ - 8 məsələ müzakirə olunacaq
Bugün, 16:46 GÜNDƏM
-
ATU-nun Stomatologiya fakültəsinin dekanının diplomu saxtadır?
Bugün, 16:34 CƏMİYYƏT
-
Türkiyədə iki gün əvvəl saxlanılan jurnalistlər sərbəst buraxıldı
Bugün, 16:27 PRESS
-
Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib
Bugün, 16:20 GÜNDƏM
-
Amarant: Gözəlliyin, sağlamlığın və bərəkətin bir adı var
Bugün, 16:11 İQTİSADİYYAT
-
Bərzani, yoxsa Əli əl-Zeydi? - Tramp seçimini etdi
Bugün, 16:00 GÜNDƏM
-
Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi
Bugün, 15:52 SİYASƏT
-
Mingəçevirə yeni rəis təyin edilib
Bugün, 15:37 CƏMİYYƏT
-
Həbsdəki icra başçısının məhkəməsi başlayır
Bugün, 15:09 KRİMİNAL
-
"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu barədə yeni qərar verildi
Bugün, 14:56 MƏDƏNİYYƏT
-
haqqın.az saytı "Azəriqaz"ı "vurdu"
Bugün, 14:32 İQTİSADİYYAT
-
SABİQ İCRA BAŞÇISI AZADLIĞA BURAXILDI
Bugün, 14:23 GÜNDƏM
-
Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq - Xəbərdarlıq
Bugün, 14:16 GÜNDƏM
-
DİPLOMATLARLA BAĞLI SƏRT QANUN: işlədikləri ölkədə "romantik əlaqə" qadağan edilir
Bugün, 13:57 SİYASƏT
-
Tibb müəssisələrində nöqsanlar aşkarlandı
Bugün, 13:34 CƏMİYYƏT
-
"SOCAR PETROLEUM"la bağlı şok iddialar yayıldı
Bugün, 13:26 CƏMİYYƏT
-
Ceyhun Bayramovdan ATƏT sədrliyi barədə açıqlama: "Ölkəmizə də təklif edildi ki, bizim də namizədliyimiz masaya gətirilə bilər"
Bugün, 13:15 SİYASƏT
-
Qazaxıstanda kafedə kuryoz hadis - Tanışlıq təklifini rədd edən qızın sıfətinə stəkan fırlatdı - FOTO
Bugün, 13:12 DÜNYA
-
Ərdoğandan sonrakı Türkiyə... - Müxalif namizədlərə inam varmı? (SORĞU)
Bugün, 13:08 SİYASƏT
-
Məleykə Abbaszadə: "Yaxın müddətdə hər bir fakültənin vəziyyəti, güclü tərəfləri, problemləri, kadr və..."
Bugün, 12:57 SİYASƏT
-
Ceyhun Bayramov Bakıda Estoniya XİN başçısı ilə görüşdü - Müzakirə + FOTO (YENİLƏNİB)
Bugün, 12:41 SİYASƏT
-
Milli Məclisin növbəti plenar iclasının vaxtı bəlli oldu
Bugün, 12:34 GÜNDƏM
-
Şirvan şəhərində axtarışda olan şəxs saxlanılıb
Bugün, 12:30 KRİMİNAL