Ceyhun Bayramovdan ATƏT sədrliyi barədə açıqlama: "Ölkəmizə də təklif edildi ki, bizim də namizədliyimiz masaya gətirilə bilər"
SİYASƏT
Bugün, 13:15
Azərbaycan ATƏT-ə sədrlik üçün namizədliyinin irəli sürülməsinə razıdır.
Mia.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda estoniyalı həmkarı Marqus Tsahkna ilə brifinqdə deyib.
Onun sözlərinə görə, İsveçrənin ATƏT-də sədrliyi dekabrın 31-də bitir:
"övbəti sədr barədə müzakirələr gedir, müxtəlif təkliflər irəli sürülür. ATƏT məkanında kifayət qədər gərgin mühitin olmasını nəzərə alsaq, hər kəs üçün məqbul tərəfin namizədliyinin irəli sürülməsi hələlik mümkün olmayıb. Azərbaycanın bütün bu müddət ərzində mövqeyi ondan ibarət idi ki, rəsmi Bakı istənilən konsensuslu namizədi dəstəkləməyə hazır idi və Azərbaycan bu istiqamətdə hər hansı bir fəallıq da göstərməyib. Ancaq nəzərə alsaq ki, 3–4 dekabr tarixində İsveçrənin Luqano şəhərində nazirlərin toplantısı keçiriləcək, artıq vaxt azalır və həm fəaliyyətdə olan sədr, həm digər iştirakçılar bəlli bir vaxt sıxıntısı hesab edirlər. Son həftələr ərzində daha intensiv məsləhətləşmələr başlanıldı və başqa alternativ təkliflər masa üzərinə gəldi. Həmin o alternativ təkliflər sırasında, o cümlədən ölkəmizə də təklif edildi ki, bizim də namizədliyimiz masaya gətirilə bilər və bizim buna münasibətimiz nədən ibarətdir".
C. Bayramov bildirib ki, yeni bir yanaşma da bu son həftələrin diskussiyalarında ondan ibarət oldu ki, artıq bu konsensusu əldə etmək üçün, ola bilsin ki, bir prosesi asanlaşdırmaq üçün bu konkret bir il üçün deyil, 2027, 2028, 2029-cu illər üçün bir paket şəklində ölkələr müəyyən edilsin, təklif edilsin və bu paket ətrafında çalışıb konsensus formalaşdırmaq mümkün olsun: "Həmin o paket daxilində bizə də təklif olundu və biz münasibətimizi bildirdik ki, yəni Azərbaycan bu kifayət qədər mürəkkəb durumu nəzərə alaraq öz müsbət töhfəsini təşkilatın gələcəyinə verməyə hazırdır. Hətta onu da qeyd edərəm ki, bu paket kontekstində ilkin təklif Azərbaycana oldu. Daha sonra bəzi fikirlər də əlavə edildi, o cümlədən məsəl üçün Ermənistanın da olması və paket daxilində həm Azərbaycan, həm Ermənistan".
XİN rəhbəri xatırladıb ki, bu iki ölkə uzun müddət ərzində münaqişə vəziyyətində olub, uzun illər ərzində nə Azərbaycanın, nə Ermənistanın ATƏT sədrliyi kontekstində namizədliyi müzakirə belə olunmurdu, çünki aydın idi ki, bu ölkələr bir-biri üçün qəbuledilməz idilər: "Ona görə belə diskussiyalar da yox idi. Bəli, hal-hazırda belə bir paket kontekstində ölkəmizin də adı var. Biz ümumilikdə buna, yəni konsensusa nail olunduğu təqdirdə müsbət yanaşırıq. Qeyd etdiyiniz məsləhətləşmələr, onlar kifayət qədər intensiv şəkildə davam edir".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Tibb müəssisələrində nöqsanlar aşkarlandı
Bugün, 13:34 CƏMİYYƏT
-
"SOCAR PETROLEUM"la bağlı şok iddialar yayıldı
Bugün, 13:26 CƏMİYYƏT
-
Ceyhun Bayramovdan ATƏT sədrliyi barədə açıqlama: "Ölkəmizə də təklif edildi ki, bizim də namizədliyimiz masaya gətirilə bilər"
Bugün, 13:15 SİYASƏT
-
Ərdoğandan sonrakı Türkiyə... - Müxalif namizədlərə inam varmı? (SORĞU)
Bugün, 13:08 SİYASƏT
-
Məleykə Abbaszadə: "Yaxın müddətdə hər bir fakültənin vəziyyəti, güclü tərəfləri, problemləri, kadr və..."
Bugün, 12:57 SİYASƏT
-
Ceyhun Bayramov Bakıda Estoniya XİN başçısı ilə görüşdü - Müzakirə + FOTO (YENİLƏNİB)
Bugün, 12:41 SİYASƏT
-
Milli Məclisin növbəti plenar iclasının vaxtı bəlli oldu
Bugün, 12:34 GÜNDƏM
-
Şirvan şəhərində axtarışda olan şəxs saxlanılıb
Bugün, 12:30 KRİMİNAL
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:26 CƏMİYYƏT
-
Hüquqi şəxsin ləğvi və əmək müqaviləsinə xitam verilmə qaydası dəyişir
Bugün, 12:17 CƏMİYYƏT
-
Vaşinqtonun regional marağı və ya... - İRAQDA YAŞANAN TƏLATÜMÜN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ...
Bugün, 12:07 SİYASƏT
-
Orta Kür kontrakt sahəsi üzrə pay bölgüsü haqqında saziş ratifikasiya edilib
Bugün, 11:47 İQTİSADİYYAT
-
Mətbuat Şurası bəyanat yayıb
Bugün, 11:38 PRESS
-
“AzerGold” QSC-də növbəti dəyişiklik - Sədr müavini vəzifədən çıxarıldı
Bugün, 11:30 İQTİSADİYYAT
-
NATO-nun şərq cinahında naməlum PUA... - Döyüş təyyarələri havalandı və...
Bugün, 11:18 GÜNDƏM
-
TV-də əməliyyat - TÜRKİYƏDƏ BİR QRUP JURNALİST SAXLANILDI
Bugün, 11:15 PRESS
-
Milli Məclisin iclası başlayıb
Bugün, 11:02 GÜNDƏM
-
Yeni ildə beş gün ardıcıl qeyri-iş günü olacaq
Bugün, 10:56 GÜNDƏM
-
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - Nələr müzakirə olunub? - FOTO
Bugün, 10:46 GÜNDƏM
-
Məleykə Abbaszadənin yerinə təyinat buna görə gecikir - AGENTLİYİN MƏRKƏZİN TABELİYİNƏ VERİLMƏSİ MÜZAKİRƏ OLUNUR
Bugün, 10:34 GÜNDƏM
-
GENERAL VƏZİFƏDƏN AZAD OLUNDU - Agentlikdə şok dəyişiklik
Bugün, 10:21 GÜNDƏM
-
Körpə ölümündə həkim mama-ginekoloqun məsuliyyəti... - ALİ MƏHKƏMƏ VAHİD QƏRAR QƏBUL EDİB
Bugün, 10:13 GÜNDƏM
-
Salah Konfrans Liqasında qol sayını artırıb
Bugün, 10:09 İDMAN
-
Okan Burukun oğlu "Qalatasaray" azarkeşlərini həyəcanlandırdı
Bugün, 10:00 İDMAN
-
Axtarışda olan şəxs aparıcının evində gizlənibmiş... - Detallar aydınlaşdı + FOTO
Bugün, 09:50 GÜNDƏM
-
Azərbaycana gələn Rusiya vətəndaşlarına xəbərdarlıq - Miqrasiya ilə bağlı
Bugün, 09:43 CƏMİYYƏT
-
Azərbaycan neftinin qiyməti 103 dollara çatır
Bugün, 09:24 İQTİSADİYYAT
-
Milli Qəhrəmanın qardaşı metodist vəzifəsinə təyin edilib
Bugün, 09:16 CƏMİYYƏT
-
QARABAĞA BÖYÜK KÖÇ DAVAM EDİR
Bugün, 09:02 GÜNDƏM
-
Hakan Fidan Gürcüstan XİN başçısı ilə danışdı - "Beşiktaş" azarkeşlərinə hücumla bağlı
Bugün, 00:29 GÜNDƏM
-
İSRAİLLƏ ƏRƏB ÖLKƏSİ HƏRBİ SAHƏDƏ ANLAŞDI - Əməkdaşlıq planı genişlənir
Bugün, 00:20 GÜNDƏM
-
UEFA Avropa Liqası: davalı oyundan Beşiktaş" qalib ayrıldı
Bugün, 00:16 GÜNDƏM
-
İki ölkə XİN başçıları dron hücumu ilə bağlı telefonda danışıb: "Biz sizə hücum etməmişik"
Bugün, 00:14 DÜNYA
-
RƏSMİ MOSKVA HƏR YANA "QƏLPƏ" SƏPİR: "TRIPP layihəsi Rusiya və İranın maraqlarına zərər verməməlidir" - "Kiyev Rusiyanı NATO-ya qarşı qoyur, Avropa bilməlidir ki..."
Bugün, 00:06 GÜNDƏM