Şirvan şəhərində axtarışda olan şəxs saxlanılıb

Şirvan şəhərində axtarışda olan şəxs saxlanılıb

KRİMİNAL

Bugün, 12:30

Şirvan şəhərində axtarışda olan şəxs saxlanılıb.

Mia.az xəbər verir ki, İ.Rüstəmov bir müddət əvvəl tanışı A.Şərifovla birlikdə iranlı narkotacirlə cinayət əlaqəsinə girərək satış məqsədi ilə ondan 4 kiloqramdan artıq narkotik vasitə və narkotik tərkibli metadon həbləri əldə edib.

Narkotacirin Şirvan şəhəri ərazisində qabaqcadan gizlətdiyi narkotik vasitələri götürən zaman A.Şərifov polis tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə 9 il müddətə azadlıqdan məhrum edilib.

Qrupun digər üzvü İ.Rüstəmov isə hadisə vaxtı ərazidən qaçıb və barəsində axtarış elan olunub.

Faktla bağlı başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam edir, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR