Türkiyədə müğənni həbs edildi - Bir qrup sənətçi isə polisə çağırıldı

Türkiyədə müğənni həbs edildi - Bir qrup sənətçi isə polisə çağırıldı

MƏDƏNİYYƏT

Bugün, 10:53

Türkiyədə dünən saxlanılan bir qrup sənətçi haqda bu gün səhər məhkəmə qərar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, narkotik, fahişəliyə cəlbetmə və sair ittihamlarla açılmış cinayət işi üzrə saxlanılanlar arasında olan müğənni Ceylan Kaya "çirkli pulların yuyulması" ittihamı ilə həbs edilib:

"Saxlanılan müğənni Özcan Dəniz, aktisalar Dəniz Çakır və Burcu Özberk də daxil olmaqla doqquz nəfər isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb".

Məlumatda deyilir ki, adıçəkilənlərlə yanaşı, İbrahim İzzət Özilhan, Pınar Bent, Mehmet Can Karcı, Meltem Özkayadan, Cansu Taşkın, Özden Cerrahoğlu, Muammer Kapucuoğlu, Seher Grothe Sevdişan, Saghar Shojaeı, Işıl Işık Demir, Burhan Karaca, Erdal Bozkuş, Cem Güler və İlknur Şahin yenidən polis bölməsinə çağırılıblar.

Ləman

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR