ATU-nun Stomatologiya fakültəsinin dekanının diplomu saxtadır?
CƏMİYYƏT
Bugün, 16:34
Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinin dekanı Elmira Əliyevanın stomatologiya təhsili ilə bağlı məlumatlar suallar doğurur.
Demokrat.az Bizim.Media-ya istinadən xəbər verir ki, Elmira Əliyeva maşınqayırma ixtisası üzrə təhsil alıb.
Onun bioqrafiyasına dair rəsmi mənbələrdə də fərqli məlumat yer alır.
Belə ki, ATU-nun rəsmi saytında Elmira Əliyevanın dekan kimi profilində 1997-ci ildə Rusiya Federasiyasının Dərbənd şəhərində yerləşən Yujdaq İnstitutunun Stomatologiya fakültəsinə qəbul olunduğu, 2002-ci ildə isə həmin fakültəni fərqlənmə diplomu ilə bitirdiyi qeyd edilib.
Yenə ATU-nun rəsmi saytında Elmira Əliyevanın universitetin müəllimi kimi digər profilindəki bioqrafiyasında onun 1997–2002-ci illərdə Yujdaq İnstitutunda stomatologiya təhsili aldığı yazılıb. Bir qədər aşağıda "Təhsil" bölməsində isə 1987–1992-ci illərdə Dağıstan Dövlət Tibb Universitetində təhsil aldığı göstərilib.
Yəni, bu məlumata əsasən Elmira Əliyeva yeddi yaşında Dağıstan Dövlət Tibb Universitetinə qəbul olunub.
Başqa bir maraqlı məqam: onun həm dekan, həm müəllim kimi bioqrafiyasında 5 sentyabr 2023-cü ildən Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində dekan vəzifəsində çalışdığı yazılıb.
Amma müəllim kimi profilində həm bu məlumat əks olunub, həm də əlavə olaraq aşağıda "Akademik fəaliyyət" bölməsində 2024-cü ildən dekan kimi çalışdığı qeyd edilib.
Bunların texniki səhv olduğu iddia edilə bilər, amma universitetin rəsmi məlumatlarında bu cür ciddi səhvə yol verilməsi qəbuledilməzdir (üstəlik, təhsili haqqında tamamilə fərqli iki universitet adının qeyd edilməsi).
Araşdırma zamanı daha ciddi, diqqətçəkən məqam üzə çıxıb: Dərbənd şəhərində fəaliyyət göstərmiş Yujdaq İnstitutunda ümumiyyətlə Stomatologiya fakültəsi olmayıb.
1993-cü ildə təsis edilmiş özəl ali təhsil müəssisəsi olan Yujdaq İnstitutu əsasən iqtisadiyyat, hüquq, pedaqogika və humanitar istiqamətlər üzrə fəaliyyət göstərib.
Rusiya Federasiyasının Elm və Təhsil Sahəsində Nəzarət Xidmətinin (Rosobrnadzor) lisenziya reyestrində institutun rəsmi adı - "Южно-Дагестанский институт" ("ЮЖДАГ"), VÖEN-i (ИНН) 0542012594 üzrə aparılan axtarış zamanı müəssisəyə verilmiş lisenziyalar və onların əlavələri nəzərdən keçirilib.
Həmin sənədlərdə 31.05.03 kodu ilə göstərilən "Stomatologiya" ixtisasının yer almadığı, lisenziyalaşdırılmış proqramların isə humanitar, hüquq və iqtisadiyyat istiqamətlərini əhatə etdiyi göstərilib.
Qeyd edək ki, Dağıstanda tibb təhsili üzrə fəaliyyət göstərən əsas dövlət ali təhsil müəssisəsi Mahaçqala şəhərində yerləşən Dağıstan Dövlət Tibb Universitetidir. Universitetin rəsmi saytı (dgmu.ru) və Rusiya Təhsil və Elm Nazirliyinin ali təhsil müəssisələrinin monitorinq bazasındakı məlumatlara əsasən, Dağıstan ərazisində "Stomatologiya" (31.05.03) ixtisası üzrə lisenziyalı ali təhsil verən dövlət müəssisəsi Dağıstan Dövlət Tibb Universitetidir.
Əlavə edək ki, araşdırmalarımız zamanı ATU-nun Stomatologiya fakültəsində akademik məsləhətçi vəzifəsində çalışan Günay Müzəffər qızı Əliyeva ilə bağlı da eyni məqamlar üzə çıxıb. Onun da rəsmi məlumatlarında 1997-ci ildə Rusiya Federasiyasının "Yujdaq" İnstitutunun Müalicə işi fakültəsinə daxil olub, 2003-cü ildə institutu bitirdiyi qeyd olunub ("Yujdaq" İnstitutunda Müalicə işi fakültəsi də olmayıb).
Məsələ ilə bağlı Dağıstan və Azərbaycan tərəfə rəsmi sorğular verilib, mövzu diqqətdə saxlanılacaq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
ATU-nun Stomatologiya fakültəsinin dekanının diplomu saxtadır?
Bugün, 16:34 CƏMİYYƏT
-
Türkiyədə iki gün əvvəl saxlanılan jurnalistlər sərbəst buraxıldı
Bugün, 16:27 PRESS
-
Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib
Bugün, 16:20 GÜNDƏM
-
Amarant: Gözəlliyin, sağlamlığın və bərəkətin bir adı var
Bugün, 16:11 İQTİSADİYYAT
-
Bərzani, yoxsa Əli əl-Zeydi? - Tramp seçimini etdi
Bugün, 16:00 GÜNDƏM
-
Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi
Bugün, 15:52 SİYASƏT
-
Mingəçevirə yeni rəis təyin edilib
Bugün, 15:37 CƏMİYYƏT
-
Həbsdəki icra başçısının məhkəməsi başlayır
Bugün, 15:09 KRİMİNAL
-
"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu barədə yeni qərar verildi
Bugün, 14:56 MƏDƏNİYYƏT
-
haqqın.az saytı "Azəriqaz"ı "vurdu"
Bugün, 14:32 İQTİSADİYYAT
-
SABİQ İCRA BAŞÇISI AZADLIĞA BURAXILDI
Bugün, 14:23 GÜNDƏM
-
Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq - Xəbərdarlıq
Bugün, 14:16 GÜNDƏM
-
DİPLOMATLARLA BAĞLI SƏRT QANUN: işlədikləri ölkədə "romantik əlaqə" qadağan edilir
Bugün, 13:57 SİYASƏT
-
Tibb müəssisələrində nöqsanlar aşkarlandı
Bugün, 13:34 CƏMİYYƏT
-
"SOCAR PETROLEUM"la bağlı şok iddialar yayıldı
Bugün, 13:26 CƏMİYYƏT
-
Ceyhun Bayramovdan ATƏT sədrliyi barədə açıqlama: "Ölkəmizə də təklif edildi ki, bizim də namizədliyimiz masaya gətirilə bilər"
Bugün, 13:15 SİYASƏT
-
Qazaxıstanda kafedə kuryoz hadis - Tanışlıq təklifini rədd edən qızın sıfətinə stəkan fırlatdı - FOTO
Bugün, 13:12 DÜNYA
-
Ərdoğandan sonrakı Türkiyə... - Müxalif namizədlərə inam varmı? (SORĞU)
Bugün, 13:08 SİYASƏT
-
Məleykə Abbaszadə: "Yaxın müddətdə hər bir fakültənin vəziyyəti, güclü tərəfləri, problemləri, kadr və..."
Bugün, 12:57 SİYASƏT
-
Ceyhun Bayramov Bakıda Estoniya XİN başçısı ilə görüşdü - Müzakirə + FOTO (YENİLƏNİB)
Bugün, 12:41 SİYASƏT
-
Milli Məclisin növbəti plenar iclasının vaxtı bəlli oldu
Bugün, 12:34 GÜNDƏM
-
Şirvan şəhərində axtarışda olan şəxs saxlanılıb
Bugün, 12:30 KRİMİNAL
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:26 CƏMİYYƏT
-
Hüquqi şəxsin ləğvi və əmək müqaviləsinə xitam verilmə qaydası dəyişir
Bugün, 12:17 CƏMİYYƏT
-
Vaşinqtonun regional marağı və ya... - İRAQDA YAŞANAN TƏLATÜMÜN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ...
Bugün, 12:07 SİYASƏT
-
Orta Kür kontrakt sahəsi üzrə pay bölgüsü haqqında saziş ratifikasiya edilib
Bugün, 11:47 İQTİSADİYYAT
-
Mətbuat Şurası bəyanat yayıb
Bugün, 11:38 PRESS
-
“AzerGold” QSC-də növbəti dəyişiklik - Sədr müavini vəzifədən çıxarıldı
Bugün, 11:30 İQTİSADİYYAT
-
NATO-nun şərq cinahında naməlum PUA... - Döyüş təyyarələri havalandı və...
Bugün, 11:18 GÜNDƏM
-
TV-də əməliyyat - TÜRKİYƏDƏ BİR QRUP JURNALİST SAXLANILDI
Bugün, 11:15 PRESS
-
Milli Məclisin iclası başlayıb
Bugün, 11:02 GÜNDƏM
-
Yeni ildə beş gün ardıcıl qeyri-iş günü olacaq
Bugün, 10:56 GÜNDƏM
-
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - Nələr müzakirə olunub? - FOTO
Bugün, 10:46 GÜNDƏM
-
Məleykə Abbaszadənin yerinə təyinat buna görə gecikir - AGENTLİYİN MƏRKƏZİN TABELİYİNƏ VERİLMƏSİ MÜZAKİRƏ OLUNUR
Bugün, 10:34 GÜNDƏM