Deniz Çakırın ifadəsi yayıldı: "Narkotik satan bir kimsəni tanımıram"

Deniz Çakırın ifadəsi yayıldı: \"Narkotik satan bir kimsəni tanımıram\"

MƏDƏNİYYƏT

Bugün, 14:29

Ötən gün istanbulda narkotik çübhəsi ilə saxlanılan, bu gün isə sərbəst buraxılan  məşhur türkiyəli aktrisa Deniz Çakırın istintaqa verdiyi ifadəsı yayılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktrisa heç vaxt narkotik maddələrdən istifadə etmədiyini deyib.

O bildirib ki, yalnız həkimlərin yazdığı və reseptlə aldığı dərmanlar var: "Bundan savayı heç vaxt dərman və ya hansısa maddə qəbul etməmişəm. Narkotik satan bir kimsəni tanımıram".

Məşhur aktrisa telefonunda parol da olmadığını deyib: "Mən mobil telefonumdan elektron SIM kartla istifadə edirəm. Buna görə də SIM parolu yoxdur. Baxa bilərsiniz..."

Ləman

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR