Türkiyədə iki gün əvvəl saxlanılan jurnalistlər sərbəst buraxıldı

Türkiyədə iki gün əvvəl saxlanılan jurnalistlər sərbəst buraxıldı

PRESS

Bugün, 16:27

İki gün əvvəl Türkiyədə saxlanılan jurnalistlər Şaban Sevinç və Mustafa Balcı bu gün hiakim qarşısına çıxarılıblar.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "vəzifələrini yerinə yetirərkən dövlət məmurunu açıq şəkildə təhqir etmək", "böhtan atmaq" və "açıq şəkildə yanlış məlumat yaymaq" ittihamları ilə 48 gün həbsdə qalan jurnalsitlərin bu gün azadlığa buraxılmasına qərar verilib.

İstanbul 48-ci Birinci Cinayət Məhkəməsində ifadə verən  Şaban Sevinç bildirib ki, 62 yaşım var, 39 ildir jurnalistdir: "Tək bir məsələyə görə üç cinayətdə mühakimə olunuram. Məqsədim heç vaxt qorxu və ya panik yaratmaq deyildi. Mənim işim böyük ictimai maraq doğuran fond (Yüksək vəzifəli şəxslərin də adının hallandığı milyardlıq yeyinti və dələduzluq halları ilə bağlı açılmış cinayət işindən söhbət gedir) araşdırmasını ictimaiyyətə izah etmək idi. Mustafa Balcının paylaşımını üzərindəki mətnlə birlikdə X hesabımdan paylaşma elədimm. Paylaşımdakı şəkli mən hazırlamamışam. Yalnız "Çox vacib bir foto" yazmışam. Şəkil artıq avqust ayından bəri qəzetlərdə və açıq mənbələrdə dərc olunmuşdu.

Verilişimdə dövlətin də fond araşdırması çərçivəsində bir açıqlama verməyə çalışdığını izah etdiyim görünür. Məqsədim kimisə böhtan atmaq və ya ictimaiyyətə yanlış məlumat yaymaq olsaydı, nazirlərin açıqlamalarını ictimaiyyətə izah etməz və bu ifadələrin inandırıcı olduğunu deməzdim. Verilişin məqsədi fond qurbanları, gündəm və ədalət haqqında danışmaqdır. İttihamnamədə "Bunlar sizin yayımınıza görə baş verdi" deyən bir şey yoxdur".

Jurnalist peşə həyatında ilk dəfədir belə haqsız və kobud qanun posuntulaır ilə həbs edildiyini deyib, günahsız olduğu üün azadlığınlə tələb edib.

Digır həmkarı da özünü günahsız sayıb.

Samir MUSAYEV

MİAA.Z

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR