NATO-nun şərq cinahında naməlum PUA... - Döyüş təyyarələri havalandı və...

NATO-nun şərq cinahında naməlum PUA... - Döyüş təyyarələri havalandı və...

GÜNDƏM

Bugün, 11:18

Bu gün gecə, yerli vaxtla saat 02:30-da Latviyanın şərq sərhədi yaxınlığında ölkənin hava məkanına naməlum PUA daxil olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, PUA-nın radarda aşkarlanmasından dərhal sonra Ludza bölgəsində və Balvi bölgəsinə doğru NATO-nun döyüş təyyarələri qaldırılıb.

Məlumata görə, bununla yanaşı, Latviya ordusu və NATO-nun Baltik Hava Polisi missiyasının qırıcı təyyarələri və hava hücumundan müdafiə bölmələri yüksək hazırlıq vəziyyətinə gətirilib: "Yerli vaxtla saat 03:30-da hava məkanına təhlükənin sona çatdığı elan olunub".

Zərərsizləşdirilən PUA-nın hansı ölkəyə aid olduğu  isə açıqlanmayıb.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR