“Xəzər” Futzal Klubunda media və kommunikasiya fəaliyyətinin inkişafı istiqamətində yeni addım atılıb.
Mia.az "Unikal"a istinadla xəbər verir ki, klubun qərarı ilə jurnalist Gülayə Mecid “Xəzər” Futzal Klubunun Mətbuat Katibi vəzifəsinə təyin olunub.
Yeni vəzifəsində Gülayə Mecid klubun PR və media fəaliyyətinin koordinasiyası, ictimaiyyət və media ilə əlaqələrin qurulması, komandanın fəaliyyətinin daha geniş auditoriyaya çatdırılması, eləcə də klubun kommunikasiya strategiyasının inkişafı istiqamətində fəaliyyət göstərəcək.
Qeyd edək ki, G.Mecid "Unikal Media Qrup"un əməkdaşıdır.