Bərzani, yoxsa Əli əl-Zeydi? - Tramp seçimini etdi

Bərzani, yoxsa Əli əl-Zeydi? - Tramp seçimini etdi

GÜNDƏM

Bugün, 16:00

Mərkəzi Bağdad hökuməti ilə İraqdakı Kürdüstan Regional Hökuməti (KRH) arasında neft yataqları və sərhəd keçid məntəqələrinə nəzarətlə bağlı böhran fikir ayrılığı artıq savaça çevrilməkdədir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, KRH Baş naziri Məsrur Bərzani Bağdadın qərarlarını tamamilə qəbuledilməz sayıb.

Mərkəzi Hökumət isə KRH-nin başqa yolu olmadığını bildirb: "Ya qərara tabe olacaqlar, ya ordumuzla üz-üzə qalacaqlar".

Belə bir anda isə ABŞ Prezidenti Donald Tramp kürd muxtariyyətini "xəyal qırıqlığı"na uğradıb. O, İraq Baş naziri Əli əl-Zeydinin dövlət hakimiyyətini gücləndirmək və bütün silahları dövlət nəzarəti altına almaq səylərini dəstəklədiyini bəyan edib: "Biz İraq Baş naziri Əli əl-Zeydinin İraq boyunca dövlət hakimiyyətini qurmaq, İraq neft qaçaqmalçılığını dayandırmaq, korrupsiyaya son qoymaq və bütün silahları dövlətin müstəsna nəzarəti altına almaq səylərini dəstəkləyirik. İraqın siyasi müstəqilliyi blgə üçün də çox mühümdür. Biz Baş nazir əl-Zeydinin öz siyasi qərarlarını verən vahid, çiçəklənən və güclü bir İraq qurmaq səylərini dəstəkləyirik."

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR