Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - Nələr müzakirə olunub? - FOTO
GÜNDƏM
Bugün, 10:46
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 27-də Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahknanı qəbul edib.
Mia.az xəbər verir ki, söhbət zamanı dövlət başçısı ilə Estoniyanın xarici işlər nazirinin ötən il Bakıdakı görüşü məmnunluqla xatırlandı.
Azərbaycanla Estoniya arasında münasibətlərin dinamik şəkildə genişləndiyini deyən Prezident İlham Əliyev hökumət nümayəndələri arasında görüşlərin keçirilməsinin yaxşı nəticələr verəcəyinə ümidvarlığını bildirdi, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafı baxımından roluna toxundu və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğuladı.
Dövlət başçısı Azərbaycan-Avropa İttifaqı münasibətlərinin də uğurla inkişaf etdiyini dedi, bu il Avropa İttifaqı rəhbərliyinin ölkəmizə səfərlərini və Dublin Sammiti çərçivəsində keçirilmiş görüşləri xatırladı.
Prezident İlham Əliyev ölkələr arasında tərəfdaşlığın irəli aparılması üçün məsələləri müzakirə etmək baxımından Estoniyanın xarici işlər nazirinin səfərinin uğurlu olacağına ümidvarlığını ifadə etdi.
Qəbula görə minnətdarlığını bildirən Marqus Tsahkna Azərbaycanın sürətli inkişafının şəxsən şahidi olduğunu dedi, ölkəmizin regionda önəmli rol oynadığını vurğuladı.
Münasibətlərin yaxşı səviyyədə olduğunu qeyd edən nazir ölkəmizə səfəri çərçivəsində Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmən açılacağını bildirdi və ikitərəfli münasibətlərimizin inkişafı baxımından bu hadisənin önəminə toxundu.
Dövlət başçısı Bakıda Estoniya səfirliyinin rəsmən açılmasının əlaqələrimizin inkişafının göstəricisi kimi qiymətləndirdi.
Söhbət zamanı Azərbaycanla Estoniya arasında informasiya texnologiyaları, rəqəmsal transformasiya, bağlantılar və digər istiqamətlərdə əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu, ölkəmizin yeni bağlantı xətlərinin sayını artırdığı vurğulandı.
Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Milli Məclisinin iclası başlayıb
Bugün, 11:02 GÜNDƏM
-
Yeni ildə beş gün ardıcıl qeyri-iş günü olacaq
Bugün, 10:56 GÜNDƏM
-
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - Nələr müzakirə olunub? - FOTO
Bugün, 10:46 GÜNDƏM
-
Məleykə Abbaszadənin yerinə təyinat buna görə gecikir - AGENTLİYİN MƏRKƏZİN TABELİYİNƏ VERİLMƏSİ MÜZAKİRƏ OLUNUR
Bugün, 10:34 GÜNDƏM
-
GENERAL VƏZİFƏDƏN AZAD OLUNDU - Agentlikdə şok dəyişiklik
Bugün, 10:21 GÜNDƏM
-
Körpə ölümündə həkim mama-ginekoloqun məsuliyyəti... - ALİ MƏHKƏMƏ VAHİD QƏRAR QƏBUL EDİB
Bugün, 10:13 GÜNDƏM
-
Salah Konfrans Liqasında qol sayını artırıb
Bugün, 10:09 İDMAN
-
Okan Burukun oğlu "Qalatasaray" azarkeşlərini həyəcanlandırdı
Bugün, 10:00 İDMAN
-
Axtarışda olan şəxs aparıcının evində gizlənibmiş... - Detallar aydınlaşdı + FOTO
Bugün, 09:50 GÜNDƏM
-
Azərbaycana gələn Rusiya vətəndaşlarına xəbərdarlıq - Miqrasiya ilə bağlı xəbərdarlıq
Bugün, 09:43 CƏMİYYƏT
-
Azərbaycan neftinin qiyməti 103 dollara çatır
Bugün, 09:24 İQTİSADİYYAT
-
Milli Qəhrəmanın qardaşı metodist vəzifəsinə təyin edilib
Bugün, 09:16 CƏMİYYƏT
-
QARABAĞA BÖYÜK KÖÇ DAVAM EDİR
Bugün, 09:02 GÜNDƏM
-
Hakan Fidan Gürcüstan XİN başçısı ilə danışdı - "Beşiktaş" azarkeşlərinə hücumla bağlı
Bugün, 00:29 GÜNDƏM
-
İSRAİLLƏ ƏRƏB ÖLKƏSİ HƏRBİ SAHƏDƏ ANLAŞDI - Əməkdaşlıq planı genişlənir
Bugün, 00:20 GÜNDƏM
-
UEFA Avropa Liqası: davalı oyundan Beşiktaş" qalib ayrıldı
Bugün, 00:16 GÜNDƏM
-
İki ölkə XİN başçıları dron hücumu ilə bağlı telefonda danışıb: "Biz sizə hücum etməmişik"
Bugün, 00:14 DÜNYA
-
RƏSMİ MOSKVA HƏR YANA "QƏLPƏ" SƏPİR: "TRIPP layihəsi Rusiya və İranın maraqlarına zərər verməməlidir" - "Kiyev Rusiyanı NATO-ya qarşı qoyur, Avropa bilməlidir ki..."
Bugün, 00:06 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 MƏDƏNİYYƏT
-
Rəsmi Ankaradan Batumidə "Beşiktaş" azarkeşləri ilə insidentə sərt reaksiya: "Qəbuledilməzdir"
26.11.2026, 23:11 GÜNDƏM
-
Avropa Liqasında dava: "Beşiktaş" azarkeşlərinə hücum oldu, xəsarət alanlar var - Oyun dayandı + FOTOLAR (Yenilənir)
26.11.2026, 22:38 İDMAN
-
Tərtər "Gənclər paytaxtı", Masallı isə "İdman paytaxtı" seçilib
26.11.2026, 21:56 İDMAN
-
Azərbaycanda zəlzələ olub
26.11.2026, 20:54 GÜNDƏM
-
Energetika naziri Çin Xalq Respublikasının Milli Enerji Administrasiyasının rəhbəri ilə müzakirələr aparıb
26.11.2026, 19:55 İQTİSADİYYAT
-
Qətər və Pakistan ABŞ-İran arasında vasitəçilyi davam etdirir
26.11.2026, 19:13 GÜNDƏM
-
Xalq artisti: "Özüm ailəmə qarşı çıxıb istədiyimi etmişəmsə..."
26.11.2026, 18:55 ŞOU-BİZNES
-
“Aztelekom”dan internet sürəti ilə bağlı - Açıqlama
26.11.2026, 18:15 CƏMİYYƏT
-
“Kəpəz” MTK tərəfindən layihədənkənar tikinti aparılır - "Bina sakinlərinin həyatı təhlükə altındadır” + FOTOLAR
26.11.2026, 18:04 CƏMİYYƏT
-
Daşdəmirov Qaradağda 24 kq narkotiklə tutulub
26.11.2026, 17:26 KRİMİNAL
-
Məşhur aktyorun 3 nəvəsi sığınacağa yerləşdirilib
26.11.2026, 17:19 MƏDƏNİYYƏT
-
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi barədə qərar çıxarıldı
26.11.2026, 17:07 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
26.11.2026, 17:00 İQTİSADİYYAT
-
Dərsliklərdə plagiat mətnlərlə bağlı iddialara cavab verildi
26.11.2026, 16:47 CƏMİYYƏT
-
"Sərdar gözünün içinə qədər yalan deyir, Siyavuş da bilir!" - Sabir Rüstəmxanlı
26.11.2026, 16:31 SİYASƏT