MEDİA müsabiqə qaydalarına yenilik edib

MEDİA müsabiqə qaydalarına yenilik edib

PRESS

Bugün, 11:01

Həm fərdi jurnalist müsabiqəsini, həm də çap və onlayn media subyektləri üçün keçirilən müsabiqələrdə yenilik edilib.

Mia.az xəbər verir ki, bu barədə Media və Yayım Şurası məlumat yayıb.

Müsabiqələrin qiymətləndirilməsi zamanı yazı və süjetlərin sosial şəbəkə hesabları üzrə - "X", "Instagram", "TikTok", "Facebook", "Telegram" və "YouTube" platformalarında yayımlanması və qarşılıqlı əlaqə sayı nəzərə alınacaq.

Bildirilib ki, onlayn media subyektinə məxsus fərdi rəqəmsal hesablarda qiymətləndirmə dövrü üzrə qeydə alınmış göstəricilər əsasında aparılır. Göstəricilərin süni artırılması nəticəsində yaranmış izləyici və qarşılıqlı əlaqə sayları qiymətləndirmədə nəzərə alınmır. Göstərilən sosial şəbəkələrdən hər hansı birində onlayn media subyektinə məxsus hesab mövcud olduqda həmin hesabın onlayn media subyektinə məxsusluğunun müəyyən edilməsi məqsədilə sosial şəbəkə hesabına keçid veb-saytda, veb-saytın domen adı isə həmin hesabın profil məlumatlarında yerləşdirilməlidir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR