Sökülən evlərin sahiblərinə vergi güzəşti olacaq - Bəs, kompensasiya necə hesablanmalıdır?
CƏMİYYƏT
Bugün, 17:49
Azərbaycanda şəhərsalma və yenidənqurma prosesləri sürətləndikcə, sökülən yaşayış binalarının sakinlərinə verilən kompensasiyanın hüquqi və iqtisadi tərəfləri də daha çox aktuallıq qazanır. Bu baxımdan Vergi Məcəlləsinə təklif edilən yeni dəyişiklik müsbət və prinsipial əhəmiyyət daşıyır.
2027-ci ilin dövlət büdcəsi zərfinə daxil edilən qanun layihəsinə əsasən, sökülmüş binaların əvvəlki mülkiyyətçilərinə həmin ərazidə inşa olunan yeni tikililərdən verilən yaşayış və qeyri-yaşayış sahələri vergiyə cəlb olunan gəlir hesab edilməyəcək. Bu yanaşmanın iqtisadi mahiyyəti sadədir. Vətəndaş öz mülkiyyətini itirməsi müqabilində aldığı əvəzləyici mənzilə görə əlavə vergi yükü ilə üzləşməməlidir. Çünki burada söhbət yeni gəlir əldə etməkdən deyil, mövcud əmlak hüququnun başqa formada bərpasından gedir. Lakin bu dəyişiklikdə diqqət çəkən daha bir mühüm məqam var. Güzəştin tətbiqi yalnız mənzilin əvvəlki sahəsi ilə məhdudlaşmır.
Mediada yayılan layihə müddəalarının daha ətraflı izahına görə, mülkiyyətçiyə əvvəlki sahəsindən əlavə sahə verildiyi halda, sökülmüş əmlakın sahəsinin 20 faizi həddində olan əlavə hissənin də vergiyə cəlb edilməməsi təklif olunur. Bundan başqa, tikinti şirkətinin çəkdiyi müvafiq məsrəflərin gəlirdən çıxılması və bu əməliyyatlar üzrə dövriyyələrin ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Bu dəyişiklik bir neçə istiqamətdən müsbət qiymətləndirilə bilər. Bu, ilk növbəfə vətəndaşın mülkiyyət hüququnun iqtisadi müdafiəsidir. Söküntü nəticəsində vətəndaş mövcud yaşayış sahəsini itirir. Əvəzində ona yeni binadan mənzil təqdim olunması mahiyyət etibarilə kompensasiya mexanizmidir. Bu əməliyyatın gəlir kimi qiymətləndirilməsi və əlavə vergi öhdəliyi yaratması iqtisadi baxımdan ədalətli yanaşma olmazdı. Bu yenilik eyni zamanda öküntü proseslərində vergi mübahisələrinin azalmasına gətirəcək. Əvvəlki əmlakın əvəzinə yeni mənzil verilməsi zamanı vergi öhdəliyinin yaranıb-yaranmaması ilə bağlı qeyri-müəyyənlik həm vətəndaş, həm də tikinti şirkəti üçün əlavə hüquqi və maliyyə riskləri yarada bilər. Yeni tənzimləmə bu risklərin azaldılmasına xidmət edə bilər. Tikinti şirkətləri üçün də nəzərdə tutulan ƏDV güzəşti və məsrəflərin gəlirdən çıxılması mexanizmi kompensasiya əməliyyatlarının vergi baxımından daha aydın tənzimlənməsinə imkan yarada bilər. Bu, xüsusilə iri söküntü və yenidənqurma layihələrində əhəmiyyətlidir. Amma əsas problem təkcə vergi deyil.
Burada bir məqamı xüsusi vurğulamaq lazımdır. Mənzilə görə vergi tutulmaması kompensasiyanın ədalətli olması demək deyil. Son dövrlərdə Bakıda aparılan söküntü və yenidənqurma prosesləri fonunda vətəndaşların əsas narahatlığı əmlaklarının hansı qiymətləndirilmə prinsipi ilə kompensasiya olunması, təklif edilən mənzilin əvvəlki əmlakla real iqtisadi dəyər baxımından nə dərəcədə uyğun gəlməsi və alternativ kompensasiya imkanlarıdır. Məsələn, vətəndaşın 100 kvadratmetrlik mənzili sökülürsə, ona yenidən 100 kvadratmetrlik mənzil verilməsi ilk baxışda bərabər əvəzləmə təsiri bağışlayır. Lakin yeni mənzilin yerləşdiyi ərazi, tikintinin keyfiyyəti, infrastruktura çıxış, mərtəbə, mənzilin bazar dəyəri və əvvəlki əmlakın hüquqi statusu da nəzərə alınmalıdır. 100 kvadratmetr həmişə 100 kvadratmetr dəyərində deyil. Mülkiyyətçinin əvvəlki mənzili şəhərin mərkəzində, formalaşmış infrastruktura malik ərazidə yerləşə bilər. Əvəzində təqdim olunan mənzil isə daha az əlverişli lokasiyada ola bilər. Belə vəziyyətdə yalnız sahə göstəricisinə əsaslanan kompensasiya iqtisadi ədaləti təmin etmir. Digər mühüm məsələ mülkiyyət sənədləridir. Layihədə dövlət reyestrindən çıxarışı olmayan tikililərin sahəsinin də müvafiq qaydada rəsmiləşdirilmiş sənədlər əsasında müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu yanaşma vacibdir. Çünki sənədləşmə problemi yaşayan sakinlərin hüquqlarının necə qorunacağı da söküntü siyasətinin ayrılmaz hissəsidir.
Bu baxımdan, vergi güzəşti ilə paralel olaraq söküntü və kompensasiya mexanizmlərində aşağıdakı prinsiplər də təmin edilməlidir. Kompensasiya məbləği yalnız əmlakın kvadratmetrinə görə deyil, onun real bazar dəyərinə əsasən hesablanmalıdır. Əmlakın dəyərini müəyyən edən mexanizm şəffaf olmalı, mülkiyyətçinin alternativ qiymətləndirmə və etiraz hüququ qorunmalıdır. Vətəndaşa yeni mənzil, pul kompensasiyası və ya qanunvericiliyə uyğun digər alternativlər arasında seçim imkanı yaradılması nəzərdən keçirilməlidir. Söküntüdən əvvəl müqavilə şərtləri, kompensasiyanın həcmi, mənzilin təhvil müddəti və gecikməyə görə məsuliyyət aydın müəyyənləşdirilməlidir. Köçürülmə zamanı ailələrin sosial vəziyyəti, məktəbə, işə, səhiyyə və digər vacib xidmətlərə çıxışı nəzərə alınmalıdır.
Bir sözlə, şəhərlərin yenilənməsi, təhlükəli və istismar müddətini başa vurmuş binaların sökülməsi zəruri proses ola bilər. Bu, həm şəhər infrastrukturunun yaxşılaşdırılması, həm də insanların təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi baxımından əhəmiyyətlidir.
Amma şəhərsalma siyasətinin uğuru təkcə neçə binanın sökülməsi və yerində neçə yeni binanın tikilməsi ilə ölçülməməlidir. Əsas göstərici həmin proses nəticəsində vətəndaşın həyat keyfiyyətinin və mülkiyyət dəyərinin necə dəyişməsidir. Təklif olunan vergi güzəşti bu istiqamətdə müsbət addımdır. Ancaq daha geniş yanaşmaya ehtiyac var. Vergi yükünün aradan qaldırılması ilə yanaşı, kompensasiyanın ədalətli hesablanması, mülkiyyət hüquqlarının qorunması və prosesin şəffaflığı təmin edilməlidir. Çünki vətəndaşın evi söküləndə yalnız bir tikili deyil, onun illərlə formalaşdırdığı yaşayış mühiti, iqtisadi dəyəri və şəxsi təhlükəsizlik hissi də dəyişir. Ona görə də, bu dəyişiklikdən vətəndaşın zərər görməməsi təmin edilməlidir.
Çinarə Ağayeva
Biznes məsləhətçi
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Naxçıvanda qadınları yasa aparan avtobus aşdı - 11 nəfər xəsarət aldı (SİYAHI)
Bugün, 18:00 KRİMİNAL
-
Sökülən evlərin sahiblərinə vergi güzəşti olacaq - Bəs, kompensasiya necə hesablanmalıdır?
Bugün, 17:49 CƏMİYYƏT
-
Azərbaycanda iki nəfər minaya düşüb, biri həlak olub (YENİLƏNİB)
Bugün, 17:33 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:18 CƏMİYYƏT
-
Azərbaycanlıların olduğu gəmiyə dron hücumu oldu - VİDEO
Bugün, 12:08 CƏMİYYƏT
-
"Real Madrid" Arda Gülərin maaşını artırır
Bugün, 11:44 İDMAN
-
Prezident İlham Əliyev Mahmud Abbasa məktub göndərdi - MƏTN
Bugün, 11:02 GÜNDƏM
-
Rəfah briqadasının komandiri öldürülüb
Bugün, 09:41 DÜNYA
-
Rəşad Məcidin anası vəfat edib
Bugün, 09:35 PRESS
-
"Xəzər Xəbər"in aparıcısı kanaldan ayrıldı
Bugün, 09:27 PRESS
-
Millətlər Liqası: 8 oyun, 7 qələbə, 1 heç-heçə...
Bugün, 09:00 İDMAN
-
Leyla Əliyeva COP31-də daha bir panel iclasda - FOTOLAR
Bugün, 00:15 GÜNDƏM
-
Ramiz Mehdiyevin qızının vəkili həbs edildi
Bugün, 00:04 SİYASƏT
-
İLHAM ƏLİYEVƏ BELƏ SUAL VERİLDİ: "Əgər siz dünyanın prezidenti olsaydınız..." - VİDEO
14.11.2026, 21:59 GÜNDƏM
-
"Bu xəstəlik də kökəlməyimə imkan vermir”
14.11.2026, 18:01 ŞOU-BİZNES
-
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
14.11.2026, 17:33 CƏMİYYƏT
-
Əli Abbasova ağır itki üz verib
14.11.2026, 17:02 CƏMİYYƏT
-
İCRA BAŞÇISI DEPUTATA "QIZIM SƏNƏ DEYİR, GƏLİNİM SƏN EŞİT" TAKTİKASIYLA CAVAB VERDİ - Gəncədə qrup maraqları, yoxsa... (VİDEO, FOTO)
14.11.2026, 16:33 SİYASƏT
-
Maliyyə Nazirliyi 35 dövlət qurumunda yoxlama aparır
14.11.2026, 16:30 İQTİSADİYYAT
-
Azercell və AKM kibertəhlükəsizlik sahəsində innovativ həllərin hazırlanmasına yönələn “FireWall 2026” hakatonuna start verir
14.11.2026, 16:25 İQTİSADİYYAT
-
Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz - Bahalaşma davam edəcək
14.11.2026, 15:47 İQTİSADİYYAT
-
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə...
14.11.2026, 14:29 SİYASƏT
-
"Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
14.11.2026, 14:18 GÜNDƏM
-
“Unibank”ın vəzifəli şəxsi ifşa olunub
14.11.2026, 14:04 İQTİSADİYYAT
-
İcra başçısının bacısı direktor vəzifəsindən azad edildi və...
14.11.2026, 13:24 CƏMİYYƏT
-
Sabah yağış yağacaq
14.11.2026, 12:36 GÜNDƏM
-
Hərbi hissələrdə əsgərlərlə görüş qadağan olundu - MN açıqlama yaydı
14.11.2026, 11:02 GÜNDƏM
-
Bakıda şok olay: 13 yaşlı qız bıçaqlandı
14.11.2026, 10:49 KRİMİNAL
-
Naxçıvanda deputat qəzaya düşdü, özü və bir nəfər xəstəxanaya yerləşdirildi - Ölən var
14.11.2026, 10:21 KRİMİNAL
-
Paşinyan: "İrəvan və Ankara münasibətlərin normallaşmasına yaxındır"
14.11.2026, 10:07 SİYASƏT
-
“AzerGold”da daha bir dəyişiklik - MMC-nin nizamnamə kapitalı artırılıb
14.11.2026, 09:47 İQTİSADİYYAT
-
Füzulidə avtoqəza: 3 nəfər ölüb, 4-ü xəsarət alıb
14.11.2026, 09:14 KRİMİNAL
-
Azərbaycan neftinin qyməti 100 dolları ötdü
14.11.2026, 09:04 İQTİSADİYYAT
-
“Adımız var, səlahiyyətimiz yoxdur” – Deputatlar həmkarlarının bu fikri ilə razılaşır, yoxsa...? (AÇIQLAMALAR)
14.11.2026, 00:27 SİYASƏT