“AzerGold”da daha bir dəyişiklik - MMC-nin nizamnamə kapitalı artırılıb

“AzerGold”da daha bir dəyişiklik - MMC-nin nizamnamə kapitalı artırılıb

İQTİSADİYYAT

Bugün, 09:47

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nizamnamə kapitalı artırılıb.

Məlumata görə, şirkətin nizamnamə kapitalı 35 milyon manat (və ya 16,3 faiz) artırılaraq 214 milyon manatdan 249 milyon manata çatdırılıb.

Qeyd edək ki, “Daşkəsən Dəmir Filiz” MMC 2020-ci ildə yaradılıb. Şirkət ölkə ərazisində dəmir filizi yataqlarının tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması sahəsində fəaliyyət göstərir.

Şirkət Daşkəsən rayonunda yerləşən dəmir filizi yataqlarının istismara hazırlanması və müasir texnologiyalar əsasında emalı istiqamətində layihələr həyata keçirir.

MMC-nin Baş direktoru Ceyhun Əliyevdir/yurd.media.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR