Leyla Əliyeva Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak etdi - Türkiyədə + FOTOLAR
SİYASƏT
13.11.2026, 21:48
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində IDEA İctimai Birliyi və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) tərəfdaşlığı ilə “Geri çəkilən dəniz: Xəzər bölgəsində iqlim, təbiət və insanlar” mövzusunda tədbir təşkil edilib.
Mia.az-ın AZƏRTAC-a istinadla məlumatına görə, tədbirin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva qeyd edib ki, Xəzər dənizinin səviyyəsinin azalması burada yaşayan nadir canlı növləri, o cümlədən nərə balıqları və Xəzər suitilərinin mövcudluğunu təhlükə altına qoyur.
O, dənizin ekoloji problemlərinin həlli üçün elmi tədqiqatların genişləndirilməsinin, beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin vacibliyini vurğulayıb.
Çıxışında IDEA İctimai Birliyinin bu istiqamətdə həyata keçirdiyi layihələrə toxunan Leyla Əliyeva bildirib ki, Xəzər suitilərinin sayının azalmasının səbəblərini araşdırmaq məqsədilə elmi ekspedisiyalar təşkil edilib, balıq ehtiyatlarının bərpası üçün müxtəlif növ balıq körpələri su hövzələrinə buraxılıb.
Leyla Əliyeva IDEA-nın Xəzər sahillərinin təmizlənməsi istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə də məlumat verib. Qeyd olunub ki, 2011-ci ildən etibarən təşkil edilən sahilyanı təmizlik aksiyalarına 7 minə yaxın könüllü qoşulub, 120 tondan çox tullantı toplanaraq təkrar emala yönəldilib. O, Xəzər dənizinin gələcəyinin bu gün qəbul edilən qərarlardan asılı olduğunu vurğulayaraq, onun zəngin təbiətini gələcək nəsillər üçün qorumağa çağırıb.
Tədbirin açılışında, həmçinin IUCN-in Baş direktorunun müavini Stüart Maqinnis və BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) Dayanıqlı Enerji Bölməsinin direktoru Dario Liquti çıxış ediblər.
Daha sonra keçirilən panel müzakirələrində IDEA İctimai Birliyinin Xəzər tədqiqatları üzrə eksperti Elnur Səfərov, Böyük Britaniyanın Lids Universitetinin nümayəndəsi Saymon Qudman, “Great Whale Conservancy” təşkilatının təsisçisi və icraçı direktoru Maykl Fişbax, eləcə də Cenevrə Universitetinin nümayəndəsi, Caspisnet şəbəkəsinin sədri Aleksandr Hedjazi iştirak ediblər.
Müzakirələr zamanı Xəzər dənizinin səviyyəsinin azalmasına təsir edən iqlim amilləri, biomüxtəlifliyin qorunması, dəniz ekosistemlərinin dəyişən şəraitə uyğunlaşdırılması və regional əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə IDEA İctimai Birliyi tərəfindən hazırlanmış Xəzər dənizinin mövcud ekoloji vəziyyətinə həsr olunan qısametrajlı sənədli film nümayiş edilib.



Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
Nurməhəmmədovun həbsinə səbəb olan dava... - Təfərrüat açıqlandı
13.11.2026, 23:44 İDMAN
-
Leyla Əliyeva Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak etdi - Türkiyədə + FOTOLAR
13.11.2026, 21:48 SİYASƏT
-
Bu dəfə Sergen Yalçının saatı gündəm oldu - Qiyməti 300 min dollar + FOTO
13.11.2026, 21:33 İDMAN
-
"Axios" yazır: "Mossad" rəhbəri Vaşintonda - İrana hücum başlayır?
13.11.2026, 21:19 DÜNYA
-
“Meydan” TV-nin həbsdə olan əməkdaşı əməliyyat olunub
13.11.2026, 21:05 PRESS
-
Tələbələri şantaj edən 25 yaşlı şəxs saxlanıldı - VİDEO
13.11.2026, 19:52 KRİMİNAL
-
“Atəşgah Sığorta” sığortaolunana fırıldaq gəlmək istədi, məhkəmə "dur" dedi
13.11.2026, 19:30 İQTİSADİYYAT
-
Ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu verilməsi üçün tələblər təsdiqlənib
13.11.2026, 18:19 GÜNDƏM
-
Departamentin müdir müavini nazirə elə müraciət etdi ki... - "Barəmdə Sizə qeyri-obyektiv və birtərəfli şəkildə məlumat təqdim edilməsi və..." (FOTOLAR)
13.11.2026, 18:06 CƏMİYYƏT
-
Müdafiə Sənayesi Nazirliyinin strukturu ilə bağlı qərar verildi
13.11.2026, 18:01 GÜNDƏM
-
Azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıb
13.11.2026, 17:52 KRİMİNAL
-
Suriya Prezidentinin xanımının inanılmaz yüksəlişi... - FOTOLAR
13.11.2026, 17:36 DÜNYA
-
Pələng əkin sahəsində 19 yaşlı gənci parçaladı
13.11.2026, 17:23 DÜNYA
-
"Asan Xidmət" Mərkəzinin qarşısında hamilə qadın bıçaqlanıb
13.11.2026, 17:17 KRİMİNAL
-
Abdal-Gülablı Şəhidlərinin abidə kompleksinin açılışı olub - Açıqlama + VİDEOLAR
13.11.2026, 17:09 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
13.11.2026, 17:00 İQTİSADİYYAT
-
Bakıda "Mustafa Kamal Atatürk- Türk Dünyasının Əbədi Lideri" adlı kitabın təqdimat mərasimi keçiriləcək - Bu tarixdə
13.11.2026, 16:48 PRESS
-
Yeni Partiyanın ilk Qurultayı... - Tarix bəlli oldu
13.11.2026, 16:45 SİYASƏT
-
Elman Sultanov istefaya göndərildi
13.11.2026, 16:32 İDMAN
-
Azercell-in 30 il səninlə lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
13.11.2026, 16:24 İQTİSADİYYAT
-
"55 yaşında insan balet oynaya bilərmi?" - Fərhad Bədəlbəyli sənətkarların pensiya təminatına diqqət çəkdi
13.11.2026, 16:16 MƏDƏNİYYƏT
-
Azərbaycan BƏƏ-yə başsağlığı verib
13.11.2026, 16:11 SİYASƏT
-
44 yaşlı tiktoker cərimələndi
13.11.2026, 16:04 KRİMİNAL
-
Anar: "O pullar Yazıçılar Birliyinə qaytarılmalıdır"
13.11.2026, 15:52 PRESS
-
GENERALIN QIZI İLƏ GENERAL-MAYOR ARASINDA NİFAQ BÖYÜYÜR
13.11.2026, 15:38 GÜNDƏM
-
İcra başçısı "TikTok"da onu təhqir edən şəxsi tutdurdu
13.11.2026, 15:15 KRİMİNAL
-
Vəkillər Kollegiyasından bir vəkil xaric olunub
13.11.2026, 15:08 CƏMİYYƏT
-
Havanın temperaturu 10 dərəcəyədək enəcək - Xəbardarlıq
13.11.2026, 14:56 GÜNDƏM
-
Məktəblərdə beşgünlük payız tətili başlayır
13.11.2026, 14:50 CƏMİYYƏT
-
İsrail Ordusu Livana hücuma başlayıb
13.11.2026, 14:26 DÜNYA
-
Azərbaycan Premyer Liqası: oyun cədvəli açıqlanıb
13.11.2026, 14:20 İDMAN
-
RƏSMİ MOSKVA QƏRBİN QARŞISINA "TƏSLİM PAKETİ" QOYUB: bir ölkə NATO-dan çıxmalı, üç ölkə qoşulmamalı... - Moldova və Ukrayna ilə bağlı ayrıca tələblər var
13.11.2026, 14:12 GÜNDƏM
-
Qaz limiti ləğv edilir? – AÇIQLAMA
13.11.2026, 13:57 GÜNDƏM