Türkiyənin bu bölgəsində ayılar qorxu saçır - Əhaliyə xəbərdarlıq edilib

Türkiyənin bu bölgəsində ayılar qorxu saçır - Əhaliyə xəbərdarlıq edilib

DÜNYA

Bugün, 09:21

Tuncelinin Ovacık rayonunda ayılar dağdan yaşayış massivlərinə eniblər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, son aylar yemək axtaran ayılar yaşayış məntəqələrinə enərək zibil qablarını aşırır, yolllarda sürücülərə və piyadalara qorxu saçırlar.

Məlumata görə, artıq yerli sakinlər hava qaralanda, evdən bayıra çıxmağa çəkinirlər: "Xüsusən də Ziyarət kəndi və Munzur bulaqları ətrafında görünən ayılar gecələr magistral və ara yollarda dolaşaraq təhlükəli vəziyyət yaradıblar".

Tuncelinin Ovacık rayon rəhbərliyi əhaliyə xəbərdarlıq edib. Bildirilib ki, istənilən halda yerli sakinlər tədbirli olmalı və gecələr evlərindən çox uzaqlaşmamaıdırlar.

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR