"Rejimin mövcudluğunu təhdid edən istənilən nöqtə birbaşa hədəfimız olacaq" - İran yenə təhdid yağdırır

\"Rejimin mövcudluğunu təhdid edən istənilən nöqtə birbaşa hədəfimız olacaq\" - İran yenə təhdid yağdırır

DÜNYA

Bugün, 13:12

"İran rejiminin mövcudluğunu təhdid edən istənilən nöqtə birbaşa hədəfimiz olacaq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu təhdidi İran Baş Qərargah rəisi, general-mayor Əli Abdullahi dövlət televiziyasında yayımlanan müraciətində səsləndirib.

O,  İranın raket proqramının banisi general-mayor Həsən Təhrani Mükaddamin ölümünün ildönümü münasibətilə İnqilab Keşikçiləri Hərbi Hava Qüvvələrinin komandanı Seyid Məcid Musəviyə göndərdiyi başsağlığı mesajında hava qüvvələrinin əhəmiyyətindən söz açıb.

Bildirib ki, heç bir qüvvə İranı təhdid edə, onun qanuni maraqlarını və hökumətii hədəf ala bilməz: "Biz bunu etməyə çalışan ABŞ-ın qabaqcıl sistemlərini sıradan çıxardıq. Yenə də ABŞ və İsrailə xəbərdarlıq edriik ki, əvvəlki hücumlar yalnız hekayənin başlanğıcıdır, daha bir səhv hesablama daha böyük zərbələrə məruz qalmanıza səbəb olacaq! Bu, sadəcə, sözdən ibarət təhdid deyil, real xəbərdarlıqdır. İran Silahlı Qüvvələri bunu həyata keçirmək gücünə sahibdir".

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR