Türkiyə ilə oyun öncəsi Fransa millisində ciddi itki...

Türkiyə ilə oyun öncəsi Fransa millisində ciddi itki...

İDMAN

Bugün, 11:06

Fransa millisi UEFA Millətlər Liqasında Türkiyə və İtaliya ilə keçirəcəyi qarşılaşmalar öncəsi ciddi itkilərlə üzləşib.

MİA.az Türkiyə mediasına istinadən xəbər verir ki, zədə səbəbindən Orelyen Tçuameni və Markus Türam Fransa millisinin heyətindən çıxarılıblar.

“Real Madrid”in yarımmüdafiəçisi Tçuameni və “İnter”in hücumçusu Türam zədələri səbəbindən qarşıdakı oyunlarda komandalarına kömək edə bilməyəcəklər.

Türamın əvəzinə Fransa millisinin heyətinə 20 yaşlı Eli Junior Krupi dəvət olunub. Bu, gənc futbolçunun Fransa A milli komandasına ilk çağırışıdır.

Qeyd edək ki, Fransa millisi noyabrın 12-də İtaliya, noyabrın 15-də isə Türkiyə ilə qarşılaşacaq.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR