ABŞ-da benzinin qiyməti kəskin ucuzlaşdı

ABŞ-da benzinin qiyməti kəskin ucuzlaşdı

İQTİSADİYYAT

Bugün, 00:37

ABŞ-da benzinin qiyməti kəskin ucuzlaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər veirr ki, hazırda benzinin orta qiyməti iyul ayından bəri ilk dəfə  3,98 dollara düşüb.

Məlumata görə, ölkə üzrə benzinin orta qiyməti bir həftə əvvəlki ilə müqayisədə 4,1 faiz, bir ay əvvəlki ilə nisbətən isə 8,9 faiz düşüb: "Enişə baxmayaraq, benzinin qiyməti ötən ilin eyni dövründəki səviyyədən 29,6 faiz yuxarıda qalır".

Məlumatda qeyd olunur ki, xam neftin qiymətlərinin düşməsi və mövsümi tələbatın azalması yanacaq qiymətlərinin düşməsinə səbəb olub: "Onu da yada salaq ki, ABŞ və İran arasında anlaşmanın çox yaxın olmasının anonslarından sonra Brent markalı xam neftin qiyməti 90 dollardan aşağı enib".

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dünən Ağ Evdə keçirilən mətbuat konfransında hazırda İrana qarşı yeni hərbi əməliyyatın gözlənilmədiyini deyib.

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR