Ləğv olunmuş Daimi Nümayəndəlikdə qeyri-iş günü qeyri-adi hadisə: nə baş verir? - FOTOLAR

Ləğv olunmuş Daimi Nümayəndəlikdə qeyri-iş günü qeyri-adi hadisə: nə baş verir? - FOTOLAR

SİYASƏT

Bugün, 23:40

Xəbər verildiyi kimi, noyabrın 5-də Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi ləğv edilib.

Mia.az xəbər verir ki, Daimi Nümayəndəliyin ləğv edilməsi prosesinə start verilməmiş isə bu gün - qeyri iş günündə axşam saatlarında nümayəndəliyin bir qrup keçmiş işçisi inzibati binaya toplanıblar.

Məlumata görə, nümayəndəliyin qarşısında Abbas Muxtarzadə, Məhərrəm Lətifov, Nahid İsmayılov və Rüstəm İsmayılova məxsus  şəxsi avtomobillər görünüb. Onlar   qeyri-iş günü, özü də axşam saatlarında nəyə və hansı statusla ləğv olunmuş nümayəndəliyin binasına gəliblər?

Ümumiyyətlə, keçmiş nümayəndəliyin işçilərinin ora gecəylə gəlmələri və hətta idarədən şəxsi əşyalarını götürmək üçün kimdənsə icazə alıblarmı?

Bu və ya digər məsələlərlə bağlı müvafiq qurumlara sorğumuz olacaq.

Xatırladaq ki, noyabrın 5-də verilmiş qərara əsasən, Naxçıvan İqtisadiyyat Nazirliyi Bakı şəhərində Naxçıvan MR Daimi Nümayəndəliyinin ləğv edilməsi ilə əlaqədar mülki qanunvericilikdə nəzərdə tutulmuş məsələlərin həlli məqsədilə beş iş günü müddətində Nazirliyin, Naxçıvan MR Maliyyə Nazirliyinin, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan MR Dövlət Arxiv İdarəsinin və Daimi Nümayəndəliyin nümayəndələrindən ibarət tərkibdə ləğvetmə komissiyası yaratmalı idi. 

Qərar noyabrın 5-də imzalanıb və imzalandığı gündən qüvvəyə minib. Göründüyü kimi, qərara əsasən 5 iş günü müddətində komissiya yaradılmalı olduğu və bundan sonra nümayənəlikdəki mal-materialların təslimi həyata keçirilməlidir.

Samir Musayev

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR