"Qalatasaray"da futbolçunun arvadı ərinin komanda yoldaşına gizli sevgi mesajı yazıb: "Adını açıqlasam..." - FOTO

\"Qalatasaray\"da futbolçunun arvadı ərinin komanda yoldaşına gizli sevgi mesajı yazıb: \"Adını açıqlasam...\" - FOTO

İDMAN

Bugün, 13:03

"Qalatasaray"da xoşagəlməz sevgi qalmaqalı yaşanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, komandanın adı açıqlanmayan futbolçularından birinin arvadı komandanın almaniyalı ulduzu Leroy Saneyə gizli sevgi mesajı atıb.

İddiaya görə, o, mesajından futbolçudan xoşlandığını və hətta onunla "görüşməyə" hazır olduğunu qeyd edib.

Məlumatı Sanenin həyat yoldaşı "İnstaqram"dakı profilində təsdiqləyib. O, həyat yoldaşına sevgi mesajı göndərən qadının adını açıqlamayıb. Ancaq bildirib ki, adı açıqlansa, komandada "yer-göy" yerindən oynayar.

"Əslində, qəribə olan odur ki, "Qalatasaray"da komanda yoldaşının həyat yoldaşı Leroy ilə əlaqə qurmağa can atıb. Mən ona reaksiya vermədim, görməzdən gəldim. Çünki həmin qadın heç vaxt bizim problemimiz deyil, ərinin problemidir. Komandada gərginlik yaratmaq istəmədik. Düşünün ki, nə qədər sakit qalmışam. Nə onu, nə də onun ərinin adını heç yerdə demədik. Çünki bu, bütün klubu alt-üst etmək üçün kifayət edərdi. Mən problem yaradan deyiləm. Amma istəsəm, bunu etmək gücüm var. Lakin sülhü seçirəm".

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR