İraq Kürdüstanında siyasi vəziyyət gərginləşib - Bölgə yenidən qan çanağına dönür (TƏHLİL)
DÜNYA
Bugün, 12:59
İraq Kürdüstanında siyasi vəziyyət gərginləşib. Belə ki, regionun iki əsas siyasi qüvvəsi – Kürdüstan Demokrat Partiyası (KDP) və Kürdüstan Vətənpərvərlər Birliyi (PUK) arasında uzun müddətdir davam edən fikir ayrılığı artıq açıq siyasi qarşıdurma mərhələsinə keçib.
PUK lideri Bafel Tələbani partiyasının Kürdüstan Regional Hökumətindən çıxdığını, Ərbildə keçirilən parlament iclasının nəticələrini və həmin iclasdan irəli gələn qərarları tanımadığını bəyan edib. Daha da irəli gedərək, KDP-nin Ərbildə öz prezidentini, baş nazirini və nazirlərini təyin edəcəyi təqdirdə, PUK-un da Süleymaniyyədə eyni addımları atacağını bildirib. Bu bəyanat İraq Kürdüstanında 2006-cı ildə aradan qaldırıldığı düşünülən ikili idarəçilik modelinin yenidən gündəmə gəlməsi deməkdir.
Aydın məsələdir ki, baş verənlər yalnız parlamentin spiker seçkisi ilə əlaqəli deyil. Bu, uzun müddətdir yığılıb qalan siyasi, iqtisadi və inzibati ziddiyyətlərin üzə çıxmasıdır. Məsələnin mahiyyətini anlamaq üçün əvvəlcə İraq Kürdüstanının siyasi quruluşuna və burada hökm sürən güc balansına nəzər salmaq lazımdır.
İraq Kürdüstanında uzun illərdir iki siyasi ailə və onların rəhbərlik etdiyi siyasi strukturlar söz sahibidir. Bir tərəfdə Məsud Bərzaninin rəhbərlik etdiyi KDP, digər tərəfdə isə mərhum Cəlal Tələbaninin qurduğu və hazırda oğlu Bafel Tələbaninin rəhbərlik etdiyi PUK dayanır. KDP-nin əsas siyasi dayağı Ərbil və Duhok, PUK-un əsas dayağı isə Süleymaniyyədir. Ən maraqlısı isə bu iki siyasi qüvvənin yalnız partiya strukturlarına deyil, həm də təhlükəsizlik, iqtisadiyyat, yerli idarəçilik və media sahələrinə təsir imkanlarına malik olmasıdır.
Ümumiyyətlə, İraq Kürdüstanı formal olaraq vahid muxtar siyasi qurum olsa da, onun daxilindəki güc bölgüsü uzun illər ərzində iki əsas siyasi mərkəz ətrafında formalaşıb. 1990-cı illərdə KDP və PUK arasında silahlı qarşıdurmaya qədər gedib çıxan mübarizə nəticəsində region faktiki olaraq iki ayrı idarəçilik zonasına bölünmüşdü. 2006-cı ildə əldə olunan siyasi razılaşma ilə bu administrasiyalar birləşdirildi. Ancaq inzibati birləşmə siyasi və təhlükəsizlik sahəsindəki bütün fərqləri aradan qaldırmadı. Başqa sözlə, iki ayrı siyasi sistem vahid hökumət çətiri altında fəaliyyət göstərməyə davam etdi.
2024-cü ilin oktyabrında keçirilən parlament seçkilərində KDP 39, PUK isə 23 mandat qazandı. Heç bir siyasi qüvvə təkbaşına hökumət qurmaq üçün kifayət qədər səs əldə etmədi. Buna baxmayaraq, seçkilərdən sonra tərəflər arasında hökumətin formalaşdırılması, yüksək vəzifələrin bölüşdürülməsi və parlament rəhbərliyinin müəyyənləşdirilməsi ilə bağlı razılıq əldə olunmadı. Nəticədə region iki ildən artıq müddətdə köhnə, müvəqqəti hökumətlə idarə edildi.
Noyabrın 4-də parlamentin yenidən fəaliyyətə başlaması və KDP-nin namizədi Vala Fəridin spiker seçilməsi isə onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirdi. PUK bu iclası siyasi razılaşma olmadan keçirilmiş addım kimi qiymətləndirdi və boykot etdi. Noyabrın 5-də Bafel Tələbaninin hökumətdən çıxmaq qərarını açıqlaması ilə böhran yeni mərhələyə keçdi.
Məsələnin bir tərəfi hakimiyyət bölgüsüdür. KDP seçkilərdə daha çox mandat əldə etməsini əsas gətirərək regionun idarə olunmasında aparıcı mövqeyinin tanınmasını istəyir. PUK isə özünün ikinci böyük siyasi qüvvə olduğunu və hökumətdəki təmsilçiliyinin sadəcə formal xarakter daşımamalı olduğunu düşünür. Xüsusilə prezidentlik, baş nazirlik, təhlükəsizlik strukturları, maliyyə və iqtisadi resurslara nəzarət məsələləri tərəflər arasında əsas mübahisə predmetidir.
KDP ənənəvi olaraq Türkiyə
ilə daha sıx siyasi və iqtisadi münasibətlərə malikdir. Xüsusilə enerji ixracı, ticarət və sərhəd təhlükəsizliyi sahələrində Ankara ilə Ərbil arasında mühüm əməkdaşlıq mövcuddur. PUK isə tarixən İranla
daha yaxın münasibətləri ilə seçilib. Süleymaniyyənin coğrafi mövqeyi, İranla iqtisadi əlaqələri və PUK-un regional siyasi münasibətləri bu yaxınlığın formalaşmasında mühüm rol oynayıb. Bununla belə, hər iki siyasi qüvvənin ABŞ-la
əlaqələri də mövcuddur və Vaşinqton uzun illərdir İraq Kürdüstanındakı hər iki əsas siyasi aktorla işləyib.
İran və ABŞ arasında münasibətlərin kəskinləşməsi, İraqın regional qarşıdurmalardakı mövqeyi və kürd siyasi qüvvələrinin xarici əlaqələri İraq Kürdüstanını xüsusi əhəmiyyətə malik siyasi məkana çevirir. Vaşinqton üçün region İraqdakı mövcudluq, təhlükəsizlik və İranın regional təsirinin məhdudlaşdırılması baxımından əhəmiyyətlidir. Tehran üçün isə İraq Kürdüstanında özünə qarşı istifadə oluna biləcək siyasi və hərbi platformaların formalaşmasının qarşısını almaq mühüm təhlükəsizlik məsələsidir.
Məncə, hazırkı vəziyyətdə İran-ABŞ amilini diqqətdən kənarda saxlamaq olmaz. Hətta ehtimal etmək mümkündür ki, regional gərginlik KDP və PUK arasındakı daxili siyasi mübarizəni daha da mürəkkəbləşdirir.
Tərəflər arasında qısa zamanda uzlaşma əldə edilməsə, Kürdüstan daxilində ciddi qarşıdurmalar baş verə bilər.
Turan Rzayev
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Gədəbəy, Daşkəsən, Lerik, Qusar, Şahbuz... - Bu rayonlarda qaz və işıqpulu aşağı salınacaq? - DEPUTAT MİLLİ MƏCLİSDƏ MƏSƏLƏ QALDIRDI
Bugün, 12:59 CƏMİYYƏT
-
İraq Kürdüstanında siyasi vəziyyət gərginləşib - Bölgə yenidən qan çanağına dönür (TƏHLİL)
Bugün, 12:59 DÜNYA
-
Ərdoğan Ursula fon der Leyeni belə qarşıladı, bu sözlərlə salamladı: "Good morning, maşallah, how are you?" - FOTO
Bugün, 12:43 SİYASƏT
-
İsrail Knessetində andiçmə: Netanyahunun rəqİbi yeni vəd verdi
Bugün, 12:36 GÜNDƏM
-
"New York Times"dan iddia: "ABŞ Maliyyə naziri hərbi bazaya sığınıb"
Bugün, 12:35 DÜNYA
-
Antalyada COP31 Liderlər Zirvəsi - Prezidenti İlham Əliyev tədbirdə (YENİLƏNİB)
Bugün, 12:20 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:17 CƏMİYYƏT
-
İrandan Azərbaycana 34 kq narkotik keçirmək istəyiblər
Bugün, 12:06 KRİMİNAL
-
Əməkhaqqının gecikdirilməsi, azaldılması və ya müəyyən hissəsinin gizlədilməsi... - Xəbərdarlıq
Bugün, 11:57 İQTİSADİYYAT
-
Rəqsanənin qızı: "İnsan həyatda ailəsindən əvvəl özünü düşünməlidir"
Bugün, 11:41 ŞOU-BİZNES
-
Küçələr meyvə ağacları ilə doludur, amma yemək qadağandır
Bugün, 11:39 DÜNYA
-
Nazir müavini: "Azərbaycanda saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək"
Bugün, 11:36 İQTİSADİYYAT
-
"Qalatasaray"ın hücumçu ilə sevgili olduğu təsdiqləndi: "Təşəkkürlər, Star" - FOTO
Bugün, 11:31 İDMAN
-
Telefonunun ekranında milçək qonduğunu zənn etdi, ancaq... - Hərbi bazanın üstündə 3 dəqiqə sonra qəfil yoxa çıxan nə olub? (FOTO)
Bugün, 11:18 DÜNYA
-
İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi: "Xəbər bizi dərindən kədərləndirdi"
Bugün, 11:08 GÜNDƏM
-
Türkiyə ilə oyun öncəsi Fransa millisində ciddi itki...
Bugün, 11:06 İDMAN
-
Bakıda maşın körpüdən yola aşıb
Bugün, 11:00 KRİMİNAL
-
Holdinq rəhbərinin qızı oteldə elə şeylər etdi ki... - FOTO
Bugün, 10:47 SİYASƏT
-
Lökbatanda 30 yaşlı kişi dəm qazından boğulub
Bugün, 10:42 CƏMİYYƏT
-
Bayden bu ölkdə xanımıyla gözlənilməz hadisə ilə qarşılaşdı - Üzərinə süd budulkası atlıldı
Bugün, 10:02 GÜNDƏM
-
10 milyonluq qızılla tutulan polkovnik: cəzası azaldıldı
Bugün, 09:35 KRİMİNAL
-
Paşinyan Antaliyaya gedib
Bugün, 09:25 GÜNDƏM
-
Kifayət Mustafayeva UEFA-dan təyinat alıb
Bugün, 09:14 İDMAN
-
Azərbaycan nefti 99 dollara düşdü
Bugün, 09:03 İQTİSADİYYAT
-
ABŞ-da benzinin qiyməti kəskin ucuzlaşdı
Bugün, 00:37 İQTİSADİYYAT
-
Rıdvan Dilmen: "Real" "Qalatasaray"ın futbolçusunu alacaq"
Bugün, 00:19 İDMAN
-
Azərbaycan–Türkiyə münasibətləri: sarsılmaz qardaşlıq və strateji güc... -TƏHLİL
Bugün, 00:09 SİYASƏT
-
İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı yeni prodüser şirkəti qurub
Bugün, 00:07 MƏDƏNİYYƏT
-
"Kurtlar Vadisi" əfsanəsi geri dönür - "Cərrahpaşalılar" filmə çevrilir
Bugün, 00:01 MƏDƏNİYYƏT
-
Vüqar Rəhimzadə: Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir
Bugün, 00:01 SİYASƏT
-
Ləğv olunmuş Daimi Nümayəndəlikdə qeyri-iş günü qeyri-adi hadisə: nə baş verir? - FOTOLAR
10.11.2026, 23:40 SİYASƏT
-
Prezident İlham Əliyev Türkiyədə - FOTOLAR
10.11.2026, 19:15 GÜNDƏM
-
Ceyhun Bayramov səfirə medal təqdim etdi
10.11.2026, 15:32 SİYASƏT
-
6 ildir bayramlarımız qara gəlmir... - Seymur Verdizadə yazır
10.11.2026, 14:17 YAZARLAR