Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür
GÜNDƏM
Bugün, 00:01
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.
Mia.az xəbər verir ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlət rəmzlərindən birinə çevrilib.
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yadigarı olan bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Azərbaycanın dövlət bayrağı 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib.
1991-ci il fevralın 5-də Azərbaycanın Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" qanun qəbul edərək onu dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası AXC-nin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib.
2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında" Qanun ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Sərəncama əsasən, Dövlət Bayrağı Azərbaycanın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.
2009-cu ilin noyabrında Əmək Məcəlləsinə Dövlət Bayrağı Günü ilə bağlı edilmiş əlavəyə əsasən, 9 noyabr - Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İlham Əliyevdən paylaşm: "Eşq olsun Azərbaycan Bayrağına!” - VİDEO
Bugün, 00:05 GÜNDƏM
-
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bugün, 00:01 GÜNDƏM
-
Ərdoğan Azərbaycandan belə yola salındı - FOTOLAR
08.11.2026, 20:54 GÜNDƏM
-
Prezident və xanımı adından Ərdoğan və xanımının şərəfinə rəsmi ziyafət verilib - FOTOLAR
08.11.2026, 20:09 GÜNDƏM
-
Şahbuza mövsümün ilk qarı yağır - FOTOLAR
08.11.2026, 18:35 CƏMİYYƏT
-
Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunan konsert proqramı keçirlib - VİDEO
08.11.2026, 18:31 MƏDƏNİYYƏT
-
"HEÇ KİM ARAMIZA GİRƏ BİLMƏZ" - Ərdoğan Qarabağda Azərbaycan prezident ilə görüşdü, mühüm bəyanat və mesajlar verildi - VİDEO, FOTOLAR (Yenilənb)
08.11.2026, 18:30 GÜNDƏM
-
ƏLİYEVLƏ ƏRDOĞANIN ŞUŞA GÖRÜŞÜNƏ DAMĞA VURAN GÖRÜNTÜ... - FOTO
08.11.2026, 18:13 SİYASƏT
-
İlham Əliyevlə Ərdoğan Xocalı Soyqırımı və Şuşa qalası önündə - FOTOLAR
08.11.2026, 17:53 GÜNDƏM
-
Birinci xanımlar çay masasında söhbətləşdi - FOTOLAR
08.11.2026, 17:13 GÜNDƏM
-
Türkiyə dövləti Ağdamda məktəb tikir: "Gələn il İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik"
08.11.2026, 16:20 GÜNDƏM
-
Heydər Əliyev və xanımı Alyona Əliyeva Zəfər abidəsini ziyarət ediblər - FOTOLAR
08.11.2026, 16:14 GÜNDƏM
-
Ərdoğan: "İlham Əliyevin liderliyi ilə Azərbvaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi"
08.11.2026, 16:12 GÜNDƏM
-
ƏLİYEV VƏ ƏRDOĞAN AİLƏLƏRİ İLƏ BİR ARADA - FOTOLAR
08.11.2026, 15:20 GÜNDƏM
-
Ərdoğan Qarabağda: “Gözəl şeylər hiss edirik, hava da gözəldir” - VİDEO
08.11.2026, 14:27 GÜNDƏM
-
İlqar Tağıyev, Etibar Məmmədov və Seymur Seyidov... - Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır + VİDEO
08.11.2026, 14:18 CƏMİYYƏT
-
Azərbaycan Prezidentinin xalqa müraciəti: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm..." - VİDEO
08.11.2026, 12:00 GÜNDƏM
-
AZƏRBAYCANIN ZƏFƏRİ: TARİXİ DƏYİŞƏN 44 GÜN
08.11.2026, 11:50 SİYASƏT
-
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağıb
08.11.2026, 11:49 CƏMİYYƏT
-
Tokayev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib: "Azərbaycan BMT Nizamnaməsinin fundamental prinsiplərinə və..."
08.11.2026, 11:28 GÜNDƏM
-
"Əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də cəsur və qardaş..." - "Pakistan Azərbaycanı hər zaman dəstəkləyəcək"
08.11.2026, 09:52 GÜNDƏM
-
Şura: "Azərbaycan mediası 44 günlük Vətən müharibəsi boyunca yorulmadan mübarizə aparıb"
08.11.2026, 09:07 PRESS
-
BU GÜN ZƏFƏR GÜNÜDÜR
08.11.2026, 00:02 GÜNDƏM
-
ƏRDOĞAN: "Türkiyə və Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur" (YENİLƏNİB)
07.11.2026, 22:11 GÜNDƏM
-
Hacıqabulda "8 Noyabr – Zəfər Günü"nə həsr olunmuş bayram konserti keçirilib - FOTOLAR
07.11.2026, 20:28 GÜNDƏM
-
DİN: "Zəfər Günün mübarək, Azərbaycan!" - VİDEO
07.11.2026, 20:28 GÜNDƏM
-
"Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Prezidentdən yeni paylaşım + VİDEO
07.11.2026, 20:23 GÜNDƏM
-
Ermənistan Təhlükəsizlik Şurası: "Biz niyə türklərlə savaşmalıyıq? - "70 il ərzində bizə aşılanan, guya Rusiyadan yapışmaq lazımdır, əks halda türklər..."
07.11.2026, 18:00 SİYASƏT
-
Zəfərimizin 6-cı ildönümü: “Zəfər Nəğməsi” adlı musiqili aksiya keçirilib - VİDEO
07.11.2026, 17:42 MƏDƏNİYYƏT
-
Əkin sahələrinin suvarılmasına 477 milyon manat xərclənəcək
07.11.2026, 17:07 İQTİSADİYYAT
-
"Cənab Prezident, əziz Qardaşım..." - Ərdoğan İlham Əliyevə daha bir məktub göndərdi
07.11.2026, 14:11 GÜNDƏM
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq verilib
07.11.2026, 13:51 GÜNDƏM
-
POLKOVNİKLƏR GENERAL-MAYOR, GENERAL-MAYOR İSƏ GENERAL-LEYTENANT OLDU - Prezident onlara ali hərbi rütbələr verdi
07.11.2026, 13:32 GÜNDƏM
-
Prezident Ağdamda - FOTOLAR (YENİLƏNİB)
07.11.2026, 12:51 GÜNDƏM